12px13px15px17px
Tarix:20/06/19

Məşhur İT şirkətləri noutbuk və planşetlər üçün təklif edilən rüsumlara qarşı çıxıblar

"Dell Technologies", "HP", "Microsoft" və "Intel" şirkətləri ABŞ Prezidenti Donald Trampın Çindən tədarük edilən noutbuk və planşetlərin idxalına rüsum qoyulan malların siyahısına daxil edilməsi ilə bağlı təklifinə qarşı çıxıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, ABŞ-da klaviaturası ayrılan noutbuk və planşetlərin satışının 52 faizinin payına sahib "Dell", "HP" və "Microsoft" şirkətləri bəyan edib ki, təklif olunan rüsumlar ölkədə noutbukların qiymətinin bahalaşmasına səbəb olacaq.

 

Dörd şirkətin internetdə yerləşdirilən birgə bəyanatında deyilir ki, bu addım istehlakçılara və sahəyə ziyan vuracaq və ABŞ Ticarət Nümayəndəliyinin (USTR) düzəltmək istədiyi Çin ticarət siyasəti praktikasına şamil edilməyəcək.

 

Şirkətlər "Consumer Technology Association" (CTA) Assosiasiyasının tədqiqatına istinadən bildiriblər ki, təklif edilən rüsumların tətbiqi ABŞ-da planşet və noutbukların qiymətini minimum 19 faiz artıraraq noutbukun orta pərakəndə satış qiymətinə təxminən 120 dollar əlavə edə bilər.

 

Nizam Nuriyev





Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024