12px13px15px17px
Tarix:20/06/19

“Microsoft Edge” adlı yeni brauzer “Windows 7” və “8” üçün əlçatan olub

2019-cu ildə “Microsoft” öz veb-mühərrikini “Chromium” ilə əvəz edib. Bunun nəticəsində brauzer başqa əməliyyat sistemləri üçün əlçatan olub.

 

Şirkətin rəsmisi bildirib ki, “Edge” brauzerinin “Windows 7”, “8” və “8.1” üçün versiyası "Windows 10" üçün nəzərdə tutulmuş versiya kimi işləyəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Microsoft”un brauzerinin yeni versiyası görünüşcə “Edge” və “Chrome” brauzerlərinin qarışığını xatırladır, dizaynına cüzi dəyişiklik edilib. “Chromium” veb mühərrikinə keçildikdən sonra brauzer bəzi funksiyalarından məhrum olub. Lakin “Edge” brauzeri “Chrome”un genişlənmələrini dəstəkləyəcək, onları birbaşa “Google” mağazasından yükləmək olar. Genişlənmələr “Chrome” brauzerində olduğu kimi dəqiq işləyir.

 

“Microsoft” öz yeni brauzerinə tədricən yeni funksiyalar əlavə edir, buna görə yekun versiya fərqlənə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024