12px13px15px17px
Tarix:24/06/19

“Nokia” 2,5 dəfə daha çox işləmək qabiliyyətinə malik akkumulyatorlar təqdim edəcək

“Nokia” şirkəti adi müasir batareyalarla müqayisədə 2,5 dəfə daha çox işləmək qabiliyyətinə malik yeni akkumulyatorlar hazırlayır. Bu halda şirkət akkumulyatorun tutumunu və çəkisini artırmağı planlaşdırmır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, sözügedən batareyanı həm “Əşyalar interneti” qurğuları, həm elektrik maşınları, həm də pilotsuz idarə olunan təyyarələrdə istifadə etmək mümkün olacaq.

 

Şirkətin rəsmisi deyib ki, yeni akkumulyator texnologiyası “5G” və dünya şəbəkəsinə böyük təsir göstərəcək. “Nokia” şirkəti Dublində fəaliyyət göstərən Triniti-kollecin mütəxəssisləri ilə birgə sözügedən layihə üzərində işləyir. Texnologiya artıq patentlənib.

 

Emil Hüseynov





Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024