12px13px15px17px
Tarix:24/06/19

“Huawei” ucuz smartfonlar üçün güclü prosessor təqdim edib

“Huawei” şirkəti yeni mobil qurğular üçün “Kirin 810” prosessorunu təqdim edib. Bu, tez-tez ucuz smartfonlarda tətbiq olunan “Qualcomm Snapdragon 710” prosessoru ilə rəqabət aparmaq üçün nəzərdə tutulmuş qabaqcıl çipdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, sözügedən yeni prosessor 7 nanometrlik texnoloji proses üzrə işlənib hazırlanıb.

 

“Kirin 810” prosessorunda tətbiq edilmiş “Mali-G52 MP6 GPU” adlı qrafik element ucuz “Huawei” və “Honor” smartfonlarında istifadə edilən “Kirin 710” çipi ilə müqayisədə 162%-lik məhsuldarlıq təmin edir. Neyroşəbəkə hesablaması “DaVinci” neyroprosessoru vasitəsilə təmin olunur.

 

Emil Hüseynov





Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024