12px13px15px17px
Tarix:25/06/19

“Google” Niderlandda data mərkəzləri üçün xərcləri artıracaq

“Google” şirkəti Niderlandda data mərkəzlərinin tikintisinə əlavə 1 milyard avro yatırmaqla bağlı planlarını açıqlayıb. Belə ki, şirkət Niderlandın şimal hissəsində yerləşən Middenmer şəhərində yeni obyekt inşa etmək, eləcə də Emshavendə mövcud məlumat emalı mərkəzini genişləndirmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Google” 2018-ci ildə Niderlandda məlumat emalı mərkəzlərinin inkişafına 1,5 milyard avro sərf etmək niyyətində olduğunu elan edib. Yeni bəyanat nəzərə alınmaqla şirkətin ümumi investisiya qoyuluşları 2,5 milyard avro təşkil edəcək.

 

Şirkətin data mərkəzlər üzrə rəhbəri Co Kavın sözlərinə görə, Niderland şirkət üçün çoxsaylı bərpa olunan enerji mənbələrinə görə maraq doğurur. O bildirib ki, ölkədə yeni məlumat emalı mərkəzlərinin inşası başa çatdıqdan sonra 500 nəfər işlə təmin ediləcək.

 

İyunun əvvəlində “Google” şirkətinin Belçikanın Sen-Gilen kommunasında yeni data mərkəzinin tikintisinə 600 milyon avro investisiya qoyacağı ilə bağlı məlumat yayılıb.

 

Mayda şirkət ABŞ-da Oklahoma ştatında yerləşən ən böyük data mərkəzlərindən birinin genişləndirilməsinə 600 milyon dollar xərcləyəcəyini bəyan edib.

 

Yeni investisiya qoyuluşları nəzərə alınmaqla bu data mərkəz üçün xərclərin ümumi həcmi 3 milyard dolları ötəcək, obyektdə iş yerlərinin sayı isə 100 nəfər artaraq 500 təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024