12px13px15px17px
Tarix:22/07/19

Korporativ sektor “Windows 10” sisteminə keçir

Kibertəhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşmış “Duo Security” şirkəti korporativ sektorda “Windows 10” sisteminin liderliyi haqqında məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Duo Security” proqramlarından istifadə edənlərin təxminən 66%-i bu proqram təminatını “Windows 10” sistemində işə salıblar. “Windows 7” sistemində bu göstərici 29% təşkil edib.

 

14 yanvar 2020-ci il tarixində “Windows 7” əməliyyat sisteminin ödənişsiz dəstəyi dayandırılır və “Microsoft” korporasiyası istifadəçilərə yeni “Windows 10” sisteminə keçid haqqında xatırlatmağa davam edir.

 

Lakin “Microsoft” korporasiyası “Windows 7” sisteminin genişləndirilmiş dəstəyini təklif edəcək. Bu dəstək ödənişli olacaq və kompüter avadanlığı çox olan şirkətlərə baha başa gələcək.

 

“NetMarketShare” xidmətinin məlumatına görə, 2019-cu ilin iyununda dünyada mövcud fərdi kompüterlərin 45,79%-nə “Windows 10” sistemi quraşdırılıb. Bir ay ərzində “Windows 7” sisteminin bazar payı 35,44-dən 35,38%-dək azalıb.

 

Emil Hüseynov





Baxış sayı: 725

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024