12px13px15px17px
Tarix:25/07/19

Alimlər insan bədəninin istiliyi ilə cihazları enerji ilə doldurmağa imkan verəcək material hazırlayıblar

"MİSiS" Milli Tədqiqat Texnologiya Universitetinin mütəxəssisləri və beynəlxalq alimlər qrupu enerji doldurma qurğularının (bilərzik) istehsalında tətbiq edilə bilən nanoborular əsasında termoelektrik polimer material hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, termoelektrik materiallara istiliyi elektrik enerjisinə çevirə bilən kimyəvi birləşmələr və ya metal ərintiləri aiddir. Ərintilər əsasında hazırlanan mövcud termoelektriklərin faydalı iş əmsalı aşağıdır (təxminən 10%) və bir sıra çatışmazlıqlara malikdir. Alimlər alternativ variant kimi otaq temperaturunda işləyə bilən polimer materiallarını nəzərdən keçirirlər, həmin materialların elastikliyi sayəsində onlara istənilən forma vermək mümkündür, onlar toksik deyil və aşağı istilikkeçirmə xassəsinə malikdirlər ki, bu da enerjinin çevrilməsi vaxtı itkilərin qarşısını alır.

 

Emil Hüseynov





Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024