12px13px15px17px
Tarix:02/08/19

Günəş enerjisi ilə işləyən sürücüsüz idarə olunan təyyarə Çində ilk uçuş həyata keçirib

Çin mühəndisləri tərəfindən hazırlanmış sürücüsüz idarə olunan aparat günəş enerjisi ilə işləyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, "Moszı-2" adlandırılmış sürücüsüz idarə olunan aparat Şərqi Çinin Desin rayonunun aeroportundan havaya qalxıb. Uçuş uğurlu keçib.

 

Sürücüsüz idarə olunan təyyarə onun qanadlarına quraşdırılmış günəş batareyaları ilə işləyir. 8000 metrədək hündürlüyə qalxan təyyarə havada 12 saat qala bilər.

 

Çin yeni aparatdan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, həmçinin rabitə və kəşfiyyat məqsədilə istifadə etmək niyyətindədir. Bundan başqa, günəş enerjisi ilə işləyən "Moszı-2" sürücüsüz idarə olunan təyyarəsi hərbi potensiala malikdir.

 

Emil Hüseynov





Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024