12px13px15px17px
Tarix:05/08/19

Britaniyada böyrək xəstəliklərinin sürətli aşkar edilməsi üçün mobil proqram hazırlanıb

London Kral Hospitalının həkimləri “DeepMind” şirkəti ilə birgə ölümcül böyrək xəstəliklərini orta hesabla 14 dəqiqə ərzində aşkar etməyə imkan verən mobil proqram işləyib hazırlayıblar. Bu haqda “BBC” yayım korporasiyası məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, sözügedən proqram təminatı böyrək xəstəliklərini aşkar etmək üçün qan analizinin nəticələrini araşdırır. Alqoritmlərdən biri qanda kreatinin (amin turşu-zülal mübadiləsinin biokimyəvi reaksiyaları nəticəsində əzələlərdə yaranan və kəskin böyrək çatışmazlığına səbəb olan maddə) miqdarının yüksəlməsini müəyyənləşdirir. Araşdırmanın nəticələri avtomatik rejimdə diaqram və qrafiklərdən ibarət hesabat şəklində həkim və tibb bacılarına göndərilir.

 

Xəstəxananın işçiləri hesab edir ki, bu texnologiya həkimlərə bir çox pasiyentlərin həyatını xilas etməkdə kömək edəcək, çünki məhz kəskin böyrək çatışmazlığının gec müalicəsi tez-tez başqa həyati əhəmiyyətli orqanların zədələnməsinə gətirib çıxarır ki, bu da öz növbəsində ölümlə nəticələnə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024