12px13px15px17px
Tarix:07/08/19

Yeni mühafizə sistemi “Chrome” brauzerini təhlükəli faylların yüklənilməsindən qoruyacaq

“Google” şirkəti populyar “Chrome” brauzeri üçün istifadəçilərin zərərli faylların yüklənilməsindən qorunmasını nəzərdə tutan yeni funksiya təqdim edib. “Advanced Protection” adlı proqram kompüterdə antivirusun mövcudluğundan asılı olmayaraq bir neçə saniyəyə aktivləşərək internet viruslarının müdaxiləsinin qarşısını alır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni funksiyanı ödənişli elektron açarlar əldə edildikdən sonra “Google” şirkətinin rəsmi səhifəsinin “Əlavə mühafizə” bölməsində işə salmaq mümkündür. Hesablar üçün belə mühafizə tədbirləri siyasətçi, jurnalist, biznesmen və məlumatların məxfiliyinə xüsusi əhəmiyyət verən insanlar üçün aktualdır.

 

“Advanced Protection Program” quraşdırmasında “Chrome” brauzeri ilə sinxronlaşmanı işə salmaq yetərlidir. Brauzerin təhlükəli hesab etdiyi faylı yükləmək cəhdi xəbərdarlıq və yükləmə prosedurunun bloklanması ilə nəticələnəcək. “Google” mütəxəssislərinin fikrincə, bu tədbirlər istifadəçi məlumatlarını oğurluqdan, kompüterləri isə viruslara yoluxmadan qorumağa kömək edəcək.

 

“Advanced Protection Program” proqramında, həmçinin iki fiziki təhlükəsizlik açarının (Feitian MultiPass FIDO-nun Bluetooth versiyası və Yubico FIDO U2F-in USB açarı) qoşulması nəzərdə tutulub. Onların qiyməti komplektləşdirmə və əlavə NFC çipinin mövcudluğundan asılı olaraq 65-95 dollar arasında dəyişir. Fiziki açar mürəkkəb şifrləmə alqoritmləri və tokenin internetə çıxışı olmaması sayəsində hesabın ələ keçirilməsi cəhdlərinin qarşısını alır.

 

Nizam Nuriyev





Baxış sayı: 888

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024