12px13px15px17px
Tarix:08/08/19

“Samsung” iki yeni qabaqcıl smartfonunu təqdim edib

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy Note 10” və “Galaxy Note 10 ” adlı öz qabaqcıl smartfonlarını təqdim edib. Bu barədə informasiya şirkətin saytında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Galaxy Note 10” smartfonunun displeyinin diaqonalı 6,3 düym, “Galaxy Note 10 ”-da isə 6,8 düym təşkil edir. “Note 10 ” aparatında əməli yaddaşın tutumu 12 QB, “Note 10”da isə 8 QB-dır. Hər iki qurğu, həmçinin 256 QB daxili yaddaşa malikdir. Akkumulyatorun tutumu müvafiq olaraq 4300 və 3500 milliamper/saat təşkil edir, bu halda batareyanı 30 dəqiqə ərzində tamamilə enerji ilə doldurmaq mümkündür.

 

Hər iki model 4 modullu əsas kamera və ön kamera ilə təchiz edilib, ancaq “Galaxy Note 10 ” cihazında, həmçinin 3D kamera mövcuddur.

 

Məlumata görə, yeni “Galaxy Note” qurğularında çoxfunksiyalılığa önəm verilib.

 

"Yeni smartfonların hər bir elementi istifadəçilərə öz planlarını daha sürətli və daha keyfiyyətli həyata keçirməkdə kömək etmək üçün hazırlanıb" – “IT & Mobile Communications” bölməsinin direktoru Donq Cin Ko deyib.

 

Emil Hüseynov





Baxış sayı: 883

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024