12px13px15px17px
Tarix:08/08/19

Fikirləri səsləndirən cihaz hazırlanıb

Massaçusets Texnologiya İnstitutunun əməkdaşı 24 yaşlı Arnav Kapurun yeni hazırlaması olan “AlterEgo” cihazı insanın daxili dialoqunu qeydə ala bilər. Sözügedən texnologiya beyin tərəfindən göndərilmiş neyro-əzələ siqnallarını aşkar edən datçiklər sistemindən ibarətdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, istifadəçi səssiz şəkildə öz-özü ilə danışdıqda, yaxud düşünərkən qeydə alınmış siqnalları süni intellekt sözə çevirir. İstifadəçi qulaqlıq vasitəsilə süni intellektin cavablarını eşidir. Beləliklə, istənilən insan səssiz şəkildə siqnalları “ağıllı” qurğulara ötürə və ya digər komandalar verə bilər.
 
"Nitq qüsurlu bir çox insan başqa insanlarla ünsiyyət saxlamaq imkanından məhrumdur – Massaçusets Texnologiya İnstitutunun texniki elmlər namizədi Kapur bildirib. “AlterEgo” cihazı həmin insanların danışmaq qabiliyyətini bərpa edə bilər".
 
 
Tədqiqat məlumatına görə, sözügedən sistemin dəqiqliyi təxminən 92% təşkil edir.
 
 
Emil Hüseynov







Baxış sayı: 926

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024