12px13px15px17px
Tarix:09/08/19

“Samsung” və “Microsoft” strateji tərəfdaşlığı genişləndirəcək

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-ın “Microsoft” korporasiyası ilə qurğu, əlavə və xidmətlərin fasiləsiz məhsuldarlığını təmin edəcək uzunmüddətli strateji tərəfdaşlığa başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vestifinance” resursuna istinadən yazır ki, şirkətin saytında dərc edilən məlumata görə, söhbət “Microsoft”un yeni “Galaxy Note10” modelinə eksklüziv inteqrasiyasından gedir ki, bu da istifadəçilərə görülən işi smartfon və fərdi kompüterdə asanlıqla birləşdirməyə imkan verəcək.

 

Məlumata görə, “Samsung” şirkəti “Microsoft Your Phone” əlavəsini “Galaxy Note 10” smartfonuna inteqrasiya edəcək: “Android” mətnli məlumatlar, bildirişlər, o cümlədən qurğunun ekranı “Windows 10” sistemli fərdi kompüterin displeyində görünəcək. Yeni “Samsung Galaxy Note 10” və “Galaxy Note 10 ” smartfonlarının təqdimatında çıxış edən “Microsoft” korporasiyasının mobil qurğular bölməsinin rəhbəri Şilpa Ranqanatanın sözlərinə görə, ilin sonunadək yeni qurğuların “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərlə sinxronlaşdırılması birbaşa kompüterdən zənglərin edilməsinə və qəbuluna da imkan verəcək.

 

“Samsung”, həmçinin “OneDrive” sinxronlaşdırılması dəstəyini birbaşa “Gallery Android” proqramına quraşdıracaq ki, bu da qurğuda saxlanılan fotoşəkillərin “bulud” saxlama servisi ilə sinxronlaşdırılmasına şərait yaradacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 927

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024