“HTC” şirkəti üçkameralı ucuz “Wildfire X” smartfonunu təqdim edib
“HTC” şirkəti Hindistan bazarında üç kamera ilə təchiz edilmiş “Wildfire X” adlı yeni smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, aparat “MediaTek Helio P22” prosessoru, 720p təsvir ölçülü 6,22 düymlük displey, 4 QB-dək əməli yaddaş və 128 QB daxili yaddaş, 3300 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Fotomodul 12 meqapiksellik (mp) əsas obyektiv, 2 qat sensor optik zuma malik 8 mp-lik sensor və 5 mp-lik dərinlik sensorundan ibarətdir. Həmçinin 8 mp-lik ön kamera nəzərdə tutulub.
Aparat həyəcan düyməsi funksiyasını yerinə yetirən “MyBuddy” adlı qeyri-adi aksesuarla birgə tədarük olunur. Fövqəladə vəziyyətdə qurğu yüksək səsli siqnal çıxarda, dost və qohumlara qurğunun yeri haqqında informasiyanı, həmçinin ətraf mühitin səsli və video görüntülərini real vaxt rejimində onlara göndərə biləcək. Həmçinin sözügedən aparat itmiş smartfonların axtarışı məqsədilə istifadə edilə bilər.
Yeni smartfon avqustun 22-də satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 863
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet