Digər dronları məhv edən pilotsuz uçan aparat təqdim edilib
ABŞ-ın “Anduril” startapı digər dronların məhvi üçün nəzərdə tutulan “Interceptor” pilotsuz uçan aparatını nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, “Interceptor” müəyyən bina və ya obyekt, məsələn, hərbi baza və ya həbsxana ətrafında hava məkanına nəzarət edən kiçik kvadrokopterdir. Xüsusi kompüter görmə sistemi vasitəsilə dron digər pilotsuz uçan aparatların havada görünməsini izləyir. Qayda-qanunu pozan aparat aşkarlanan zaman “Interceptor” operatordan hücum üçün icazə aldıqdan sonra tarana gedir.
Bildirilir ki, bu, “Anduril” startapının kəşf etdiyi ilk texnologiya deyil. Belə ki, müdafiə texnologiyaları sahəsində ixtisaslaşan startap bir müddət əvvəl ABŞ və Meksika sərhədini qanunsuz keçən miqrantların aşkarlanması üçün nəzərdə tutulan “Lattice” kompüter görmə sistemini təqdim edib. Hazırda sistem bir neçə ABŞ idarələri tərəfindən istifadə olunur.
Nizam Nuriyev
Baxış sayı: 778
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet