30 dəqiqə ərzində enerji toplayan yeni smartfon təqdim olunub
“Oppo” şirkəti Çində ən məhsuldar smartfonlarından birini – “Reno Ace” təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Reno Ace” smartfonu “Snapdragon 855 Plus” prosessoru, “Full HD” formatlı 6,5 düymlük displey, həmçinin 4 kamera ilə təchiz edilib. Əsas kamera 48 mp-lik “Sony IMX586” sensoru ilə təchiz edilib. Aparat 13 mp-lik və 5 qat zum funksiyasına malik teleobyektivə malikdir. Həmçinin genişbucaqlı kamera və ağ-qara sensor mövcuddur.
Əməli yaddaşın tutumu 12 QB-dır. “Dolby 5.1” texnologiyası, kontaktsız ödənişlərin edilməsi üçün “NFC” çipi mövcuddur.
“Reno Ace” smartfonuna 4000 milliamper/saat tutumunda ikielementli akkumulyator quraşdırılıb. Sürətli enerji doldurmaq üçün 65 vatlıq “SuperVOOC” texnologiyası hazırlanıb. “Oppo” şirkətinin rəsmisi bildirib ki, batareya 30 dəqiqə ərzində tam enerji (100%) toplayır. 5 dəqiqəlik şarj isə qurğudan 2 saat istifadə etmək üçün kifayət edir.
Emil Hüseynov
Baxış sayı: 733
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet