12px13px15px17px
Tarix:21/10/19

İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması təklif olunur

BMT Baş Assambleyasının 74-cü sessiyasının üçüncü komitəsinin iclasında Rusiya və Belarusun bir sıra digər nümayəndə heyətləri ilə birgə təqdim etdiyi informasiya-kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında qətnamənin layihəsi müzakirəyə çıxarılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “UN” resursuna istinadən yazır ki, qətnamə layihəsinə görə, informasiya-kommunikasiya texnologiyaları dövlətlərin inkişafı üçün şərait yaratsa da, cinayətkarlara yeni imkanlar açır.

 

Bildirilir ki, bu gün kibercinayətkarlıq sürətlə yayılır, onunla bağlı qeyri-qanuni maliyyə vəsaitlərinin dövriyyəsi isə 1 trilyon dollara çatıb.

 

Terror qruplaşmaları və cinayətkar təşkilatlar narkotik maddələr və silahların “qara bazar”ına daxil olmağa imkan verən “gizli internet”dən fəal istifadə edirlər. Terrorçular internet vasitəsilə yeni döyüşçüləri öz sıralarına cəlb edir və bəşəriyyətə qarşı nifrət ideologiyasını yayırlar. Dünyanın heç bir ölkəsi bu təhdidlərlə təkbaşına mübarizə apara bilmir.

 

Yeni layihənin həmmüəllifləri tərəfindən İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında beynəlxalq konvensiyanın hazırlanması məqsədilə xüsusi hökumətlərarası komitənin yaradılması təklif olunub.

 

Nizam Nuriyev





Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024