12px13px15px17px
Tarix:01/11/19

“WhatsApp” messencerinin “Android” versiyasında barmaq izinə görə giriş əlçatan olub

“WhatsApp” messencerinin “Android” üçün son yeniləməsində proqramın bloklanması funksiyası əlçatan olub – messencerin işə salınması üçün yenidən barmaq izindən istifadə etmək lazım olacaq. Bu, mesajları kənar şəxslərdən qorumağa kömək edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “WhatsApp” messencerinin barmaq izinə görə blokdan çıxarılmasını aktivləşdirmək üçün aşağıdakı ardıcıllıqdan istifadə etmək lazımdır: Proqram sazlaması → Hesab → Məxfilik → Barmaq izinə görə bloklama. Bu menyuda, həmçinin proqramın avtomatik bloklanacağı vaxtı seçmək mümkündür. Eyni zamanda kənar şəxslərin təsadüfən mesajları görməsinin qarşısını almaq üçün bildirişlərdə mesajların məzmununu deaktiv etmək olar.

 

Xatırladaq ki, belə funksiya “WhatsApp” messencerinin “iOS” üçün versiyasında ilin əvvəlində istifadəyə verilib.

 

Emil Hüseynov





Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024