12px13px15px17px
Tarix:05/12/19

Çində robot polislər dəmir yolu stansiyalarında patrul xidmətinə başlayıb

Çinin dəmir yolu stansiyalarında sifətin skan edilməsi və tanınması texnologiyası vasitəsilə cinayətkarları aşkarlamağa imkan verəcək robotlar fəaliyyət göstərməyə başlayıb. Bu barədə Britaniyanın “The Sun” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, robot polisi Çinin şimal-şərqində Tszilin əyalətinin Çançun dəmir yolu stansiyasında görmək mümkündür. Robot gözləmə zalında tələsmədən hərəkət edərək çoxsaylı sərnişinləri diqqətlə nəzərdən keçirir. Qurğu insanların sifətinə baxmaqla tanıyır və onları axtarışda olan cinayətkarların məlumat bazası ilə müqayisə edir.

 

Qeyd edək ki, Çində geniş yayılan sifətin tanınması texnologiyası aeroportlardan tutmuş, ofis binalarınadək quraşdırılıb. Ölkədə, həmçinin vətəndaşlardan onlayn hesabların rəsmi dövlət identifikatoru ilə əlaqələndirilməsini tələb edən “həqiqi adların qeydiyyatı” siyasəti qüvvədədir.

 

Bundan başqa, bu yaxınlarda Çində yeni mobil telefon alan bütün şəxslərin sifətinin icbari skan edilməsi tətbiq edilib.

 

Nizam Nuriyev





Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024