Yaponiyada cihazlar üçün sərtgövdəli akkumulyator hazırlanıb
Litium-ion akkumulyatorlar rəqəmli elektronika bazarında kifayət qədər populyar batareyadır, lakin texnologiyanın bir sıra çatışmazlıqları var (məsələn, zədələndikdə alışa bilər). Yaponiyanın “Taiyo Yuden” şirkəti alternativ həll təqdim edib: yeni miniatür batareya tipi hətta üst örtüyün zədələnməsi zamanı hava ilə təmasda olmayan sərtgövdəli tərkibə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, texnologiya daşınan elektronika daxil olmaqla yığcam qurğuların enerji ilə təmini üçün uyğun gələn miniatür (4,5x3,2x3,2-dən 1,0x0,5x0,5 mm-dək) akkumulyatorlar hazırlamağa imkan verir.
“Taiyo Yuden” şirkətinin press-relizinə əsasən, şirkət 2020-ci ildə yeni batareya nümunələrinin elektronika istehsalçılarına tədarükünə, 2021-ci ildə isə kommersiya tədarükü üçün kütləvi istehsala başlamağı planlaşdırır.
Emil Hüseynov
Baxış sayı: 693
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet