Mühafizəli “Ulefone Armor X7” smartfonu “Android 10” sistemi ilə işləyir
"Ulefone" şirkəti "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Ulefone Armor X7" adlı ilk mühafizəli smartfonun buraxılışına hazırlaşır.
"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, "Android" əməliyyat sisteminin ən yeni versiyası olan "Android 10" ötən ilin sentyabrında buraxılıb. O, əvvəlki versiyalardan təkmilləşdirilmiş məxfilik idarəetmə vasitələri, jestlər vasitəsilə yeni naviqasiya sistemi və digər funksiyalarla fərqlənir. Sistem ümumilikdə istifadəçi ilə sadə və intellektual əlaqəni təmin edəcək.
Məlumata görə, "Armor X7" 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik dördnüvəli prosessorla təchiz olunacaq ki, bu da gündəlik istifadə tələblərinə tam cavab verəcək. Həmçinin 13 meqapikselli əsas və 5 meqapikselli ön kamera yüksəkkeyfiyyətli təbii şəkillərin çəkilişini uğurla təmin edəcək. 4 min milliamper/saat tutumlu böyük batareya smartfonu uzunmüddətli iş vəziyyətində saxlamağa imkan verəcək. Bundan başqa, qurğu iki gözləmə rejimli qoşa SİM kartı, müxtəlif tezlik diapazonlarını və digər funksiyaları dəstəkləyir. Smartfon IP68/IP69K standartı üzrə sertifikatlaşdırılıb.
"Ulefone Armor X7" smartfonunun qiyməti hələ ki açıqlanmayıb.
Nizam Nuriyev
Baxış sayı: 665
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet