Alimlər diametri 0.3 mm-dək olan damarları tikə bilən robot hazırlayıblar
Alimlər diametri 0.3 mm-dək olan damarları tikə bilən robot hazırlayıblar. Supermikrocərrahiyyə üçün hazırlanmış qurğunun insan üzərində ilk sınaqları uğurlu olub. Bu haqda Eyndhoven Texnologiya Universitetinin alimlərinin “Nature Communications” jurnalında dərc edilmiş məqaləsində deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, supermikrocərrahiyyə əməliyyat zamanı son dərəcə kiçik damarların birləşdirilməsi (diametri 0,3-dən 0,8 millimetrədək) üçün nəzərdə tutulmuş yeni metoddur. Bu metod əksər hallarda limfedema (adətən süd vəzisi xərçənginin müalicəsindən sonra yaranan və şişə çevrilən xəstəlik) ilə mübarizədə istifadə olunur.
Belə damarların birləşdirilməsinin çətinliyini nəzərə alaraq hazırda yalnız az sayda cərrah supermikrocərrahiyyə əməliyyatı keçirmək qabiliyyətinə malikdir.
Tədqiqatçılar limfedema zamanı cərrahi yardım ala bilən xəstələrin sayını artırmaq üçün avtomatlaşdırılmış sistem (“MUSA”) hazırlayıblar.
Yaxın vaxtlarda istehsalçılar qurğunun sınaqlarını davam etdirəcəklər.
Emil Hüseynov
Baxış sayı: 963
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet