Tarix:15/12/20
Tədbirdə “Microsoft” şirkətinin yerli və beynəlxalq ekspertləri tərəfindən şirkətin kibertəhlükəsizlik sahəsində nailiyyətləri və Azərbaycan hökuməti ilə imzalanmış saziş çərçivəsində əldə olunmuş kibertəhlükəsizlik həlləri nümayiş etdirilib.
“Microsoft Azərbaycan” şirkətinin Baş meneceri Qaçay Mirzəyev şirkətin kibertəhlükəsizlik həlləri barədə təqdimatla çıxış edib.
Qaçay Mirzəyev şanlı ordumuzun 44 günlük Zəfər yürüşü sayəsində 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızda Azərbaycanın tarixi qələbəsi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini bildirib. O, ordudan tərxis olunan hərbçilər arasında ingilis dilini bilən və kibertəhlükəsizliyə marağı olan gənclərin sahə üzrə bilik və bacarıqlarının artırılması məqsədilə “Microsoft” korporasiyasının “Military Affairs Education Portal” (miledu.microsoft.com) internet informasiya ehtiyatı haqqında məlumat verib.
Vebinarın gedişində sahə üzrə xarici ekspertlər müasir kibertəhlükəsizlik trendləri və həlləri barədə təqdimatlarla çıxış ediblər.
Ümumilikdə yeni nəsil kibertəhdidlər və onlardan müdafiə yolları, kibertəhlükəsizliyin təmin edilməsində bulud həlləri, “Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzləri”nin qurulması və idarə edilməsi mövzularında məruzə və təqdimatlar edilib.
Bununla yanaşı, təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə virtual sual-cavab sessiyaları və müzakirələr təşkil olunub.
“İnnovasiyalar həftəsi – InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutdu
“İnnovasiyalar həftəsi – InnoWeek 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “Cyber Security Envisioning Workshop” – kibertəhlükəsizlik vebinarı keçirilib.Tədbirdə “Microsoft” şirkətinin yerli və beynəlxalq ekspertləri tərəfindən şirkətin kibertəhlükəsizlik sahəsində nailiyyətləri və Azərbaycan hökuməti ilə imzalanmış saziş çərçivəsində əldə olunmuş kibertəhlükəsizlik həlləri nümayiş etdirilib.
“Microsoft Azərbaycan” şirkətinin Baş meneceri Qaçay Mirzəyev şirkətin kibertəhlükəsizlik həlləri barədə təqdimatla çıxış edib.
Qaçay Mirzəyev şanlı ordumuzun 44 günlük Zəfər yürüşü sayəsində 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızda Azərbaycanın tarixi qələbəsi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini bildirib. O, ordudan tərxis olunan hərbçilər arasında ingilis dilini bilən və kibertəhlükəsizliyə marağı olan gənclərin sahə üzrə bilik və bacarıqlarının artırılması məqsədilə “Microsoft” korporasiyasının “Military Affairs Education Portal” (miledu.microsoft.com) internet informasiya ehtiyatı haqqında məlumat verib.
Vebinarın gedişində sahə üzrə xarici ekspertlər müasir kibertəhlükəsizlik trendləri və həlləri barədə təqdimatlarla çıxış ediblər.
Ümumilikdə yeni nəsil kibertəhdidlər və onlardan müdafiə yolları, kibertəhlükəsizliyin təmin edilməsində bulud həlləri, “Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzləri”nin qurulması və idarə edilməsi mövzularında məruzə və təqdimatlar edilib.
Bununla yanaşı, təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə virtual sual-cavab sessiyaları və müzakirələr təşkil olunub.
Baxış sayı: 61921
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet