12px13px15px17px
Tarix:08/01/18

Dünyada ən nazik ultrabuk təqdim olunub

“Acer” şirkəti tərəfindən təqdim edilmiş yeni ultrabuk “4G LTE” vasitəsilə internetə daimi qoşulma, maksimum məhsuldarlıq və yığcamlıq kimi xüsusiyyətlər tələb edən peşəkarlar üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, istehsalçının məlumatına görə, dünyada ən nazik noutbuk hesab edilən qurğu daha da nazikləşdirilib. Qalınlığı 8,98 mm təşkil edən yeni “Swift 7” noutbuku “Intel Core i7” prosessoru ilə təchiz edilib və 10 saat müddətində avtonom işləyir. İndi sözügedən ultrabuka qurulmuş sensor IPS ekranın diaqonalı 14 düym təşkil edir, təsvir ölçüsü isə əvvəlki kimi “Full HD” formatındadır.

Həmçinin yeni ultrabukda “Intel XMM 4G LTE” sürət interneti texnologiyası nəzərdə tutulub. Noutbuka iki slot – “Nano SIM” və “eSIM” quraşdırılıb. Simsiz şəbəkə 802.11ac MIMO standartı üzrə işləyir. “Swift 7” ultrabuku 256 QB-lıq SSD daşıyıcı və 8 QB-lıq LPDDR3 yaddaşı ilə təchiz edilib. Noutbukun korpusu alüminium materialdan hazırlanıb.

Emil Hüseynov




Baxış sayı: 43

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2018

17 11 2018

17/11/18
“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

Çinin “Huawei Technologies” şirkəti 2020-ci ilədək dünyada smartfonların satış 

17/11/18
“Google Play”da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

“ESET” şirkətinin mütəxəssisləri “Google Play” proqramlar mağazasında kriptovalyuta 

17/11/18
Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar