12px13px15px17px
Tarix:09/01/18

“AMD” qrafikalı ilk “Core” prosessorları nümayiş olunub

“Intel” şirkəti yanvarın 9-12-də Las-Veqasda keçiriləcək “CES 2018” sərgisi ərəfəsində “AMD RX Vega M” qrafikalı səkkizinci nəsil “Core” prosessorlarını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Kaby Lake” arxitekturalı, dördnüvəli və 4 giqabaytlıq “HBM2” (High Bandwidth Memory) yaddaş tutumuna malik yeni “Intel Core” çipləri vahid modulda iki variantda təqdim olunub. “Radeon RX Vega M GH” qrafikası ilə təchiz edilən qabaqcıl “Core i7-8809G” və “i7-8709G” prosessorlarının istilik ayırma (TDP) göstəricisi 100 Vatt təşkil edir. “i7-8706G”, “i7-8705G” və “i5-8305G” modellərində isə bu göstəricilər müvafiq olaraq “Radeon RX Vega M GL” və 65 Vatta bərabərdir.

Məlumata görə, çiplərdən nazik və yüngül noutbuklarda, eləcə də hibrid planşetlərdə istifadə planlaşdırılır. “Intel” nümayəndələrinin sözlərinə görə, çip altlığının ölçüsü ana platalı standart diskret komponentlərlə müqayisədə iki dəfə kiçikdir. Bir neçə çipin eyni altlıqda birləşdirilməsi üçün ilin əvvəlində “Intel” tərəfindən təqdim edilən və yaxınlıqda yerləşən komponentlər arasında informasiyanın sürətli ötürülməsinə imkan verən “EMIB” (Embedded Multi-Die Interconnect Bridge) körpülərindən istifadə edilir.
 
İstehsalçı nümayəndələri bildirib ki, prosessorların əsasında 17 mm qalınlığında və 8 saatadək işləyən qurğular yaratmaq mümkün olacaq. İlk modellərin bu həftə “Dell” və “HP” şirkətləri tərəfindən nümayişi gözlənilir.

Xatırladaq ki, “Intel” və “AMD” şirkətləri birgə prosessor istehsalına 2017-ci ilin noyabrında başlayıb.

Nizam Nuriyev






Baxış sayı: 239

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2018

24/04/18
Ümumdünya Poçt İttifaqının yaz sessiyası Azərbaycan üçün uğurlu oldu

İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasında Azərbaycan Poçt Admin

24/04/18
“Nvidia” şəkillərdəki detalları tamamlamaq üçün süni intellekt texnologiyası hazırlayıb

“Nvidia” şirkəti tərəfindən süni intellekt əsasında hazırlanmış texnologiya şəklin zədələnmiş hissələrini 

24/04/18
“Samsung Galaxy Note7” smartfonu “Wi-Fi Alliance” sertifikatını alıb

“Wi-Fi Alliance” konsorsiumunun məlumat bazasında “Samsung Galaxy Note7” smartfonunun 

24/04/18
Kompakt “Nimbini v2” kompüteri təqdim edilib

Almaniyanın “Cirrus7” istehsalçısı “Intel” məntiqi əsasında işləyən kompakt “Nimbini v2” kompüter sist

24/04/18
“LG V30” smartfonuna süni intellekt inteqrasiya edilib

“ThinQ”  adlı proqram təminatı kameranın kadrında olan obyekti tanıyaraq çəkiliş üçün uyğun gələn rejimi 

24/04/18
“Google” şirkəti “Windows 10” sistemində təhlükəli boşluq aşkar edib

“Google's Project Zero” şirkətinin təhlükəsizlik mütəxəssisləri “Windows 10 S” əməliyyat sistemində orta 

24/04/18
“iPhone” smartfonlarında boşluq məlumatların oğurlanmasına şərait yaradır

Ekspertlər “iPhone” smartfonlarında qurğunun məsafəli idarəetməsi üçün istifadəyə imkan verən boşluq 

24/04/18
İnsan genomunun atlası yaradılıb

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri insan genlərinin və embrional gövdə hüceyrələrinin müasir 

24/04/18
Bill Qeyts, “Airbus” və “SoftBank” real vaxt rejimində yenilənən peyk xəritələrinə yatırım ediblər

Yer kürəsinin fasiləsiz videomüşahidəsini həyata keçirən peyk sistemi yaratmaq istəyən

23 04 2018

23/04/18
Yeni zərərli proqram “Microsoft Office”in yoluxdurulmuş sənədləri vasitəsilə yayılır

Çinin “Qihoo 360” kibertəhlükəsizlik şirkəti tərəfindən aşkar edilmiş zərərli proqram təminatının yeni növü 

23/04/18
“iPhone” smartfonlarını utilizasiya edən robot nümayiş olunub (VİDEO)

“Apple” şirkəti “iPhone” smartfonlarının utilizasiyası üçün nəzərdə tutulan yeni robot nümayiş 

23/04/18
İlk “8К” "Sharp" televizorunun qiyməti məlum olub

“Sharp” şirkətinin ötən ilin sentyabrında Almaniyada keçirilən “IFA 2017” sərgisində ictimaiyyətə təqdim etdi

23/04/18
Smartfonu əşyaların üzərinə toxundurmaqla onları müəyyənləşdirmək mümkün olacaq

Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) mühəndislər qrupu smartfonu əşyaların 

23/04/18
“Adobe Flash” texnologiyasının fəaliyyətinə son verilir

“W3Tech” şirkətinin yeni hesabatına əsasən, “Flash” texnologiyası tədricən internetdən yox olur. 2018-ci ilin 

23/04/18
2030-cu ilədək dünyanı dəyişdirəcək texnologiya təqdim ediləcək

Beşinci nəsil şəbəkəsinin kommersiya istismarı yalnız 2020-ci ilə planlaşdırılıb, amma Finlandiyanın Oulu 

23/04/18
Tanışlıq üçün mobil proqramların təhlükəsi açıqlanıb

Tanışlıq üçün əksər mobil əlavələr internetdə istifadəçi məlumatlarını yayır. Bu barədə “Kasperski