12px13px15px17px
Tarix:12/02/18

“Google” şirkəti “iMessage”ın analoqunu yaradır

“Google” şirkəti belə hesab edir ki, istifadəçilərin əksəriyyəti məhz “iMessage” xidmətinə görə “iPhone”dan “Android”ə keçməyəcək. Buna görə internet nəhənginin mühəndisləri öz əməliyyat sistemi üçün müvafiq xidmət hazırlamağa başlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Google” şirkəti əvvəllər “iMessage” xidmətinə oxşar xidmətlər yaratmağa cəhd edib. Lakin nə “Hangouts”, nə də “Google Allo” messencerləri “Apple”ın daxili messencerinin uğurunu təkrarlaya bilməyib. Buna görə şirkət yeni məhsul yaratmaq barədə düşünür.

“İnsayder” məlumatlarına əsasən, yaradılacaq yeni xidmət kompüterlərdə də işləyəcək. Kompüter və smartfonu sinxronlaşdırmaq üçün istifadəçi QR-kodu skaner etməli olacaq. Mühəndislər mobil proqramın bütün mövcud brauzerlərdə işləməsinə nail olmaq istəyirlər. Belə olan halda “Android” messencerinə gələn mesajları istənilən qurğuda oxumaq mümkün olacaq. Yeni xidmət “Telegram”, “WhatsApp” və başqa populyar messencerlərin prinsipi üzrə işləyəcək.

Emil Hüseynov




Baxış sayı: 68

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Yanvar 2019

17 01 2019

17/01/19
Kompüter oyunları üçün ilk taktiki monitor təqdim edilib

“Gigabyte” şirkəti dünyada ilk “Aorus AD27QD” taktiki monitorunu təqdim edib.

17/01/19
Dünya süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollara çatacaq

2022-ci ilədək neyron şəbəkələr əsasında dünya kompüter təlimi və süni intellekt texnologiyaları 

17/01/19
Hindistan kiberhücumlarla mübarizə üzrə agentlik yaradacaq

Hindistan Silahlı Qüvvələri kiberməkanda təhdidlərlə mübarizə üçün agentlik yaradacaq. Bu haqda Hindistan 

17/01/19
Ötən il yüklənilən mobil proqramların 50 faizi Çin istifadəçilərinin payına düşüb

2018-ci ildə dünyada yüklənilən mobil proqramların sayı 194 milyard təşkil edib. Bu, 2017-ci ildən 

17/01/19
Ən ekstremal şərait üçün modulyar smartfon təqdim olunub

Çinin “Doogee” şirkəti tərəfindən təqdim edilmiş “S90” adlı qeyri-adi modulyar smartfon ekstremal şəraitdə 

17/01/19
Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı 

17/01/19
Şirkətlərin 50%-də kompüterlər “Windows 7” sistemi ilə işləyir

“Windows 7” əməliyyat sisteminin dəstəklənmə müddətinə 1 il qalmasına baxmayaraq, şirkətlərin təxminən