12px13px15px17px
Tarix:07/03/18

“Nokia 9” və “Nokia 8 Pro” smartfonları nə vaxt buraxılacaq?

“HMD Global” şirkəti “MWC 2018” sərgisində beş yeni “Nokia” telefonu nümayiş etdirib. “Nokia Power User” saytı isə 2018-ci ilin sonunadək “Nokia 9” və “Nokia 8 Pro” modellərinin buraxılacağı barədə məlumat dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, smartfonlarda “Qualcomm Snapdragon 845” prosessorunun quraşdırılacağı gözlənilir. “Nokia 8 Pro” buraxılışa bu ilin avqustunda hazır olacaq, lakin “Nokia 9” modelinin buraxılış müddəti hazırda naməlumdur. Saytda, həmçinin qeyd olunur ki, “Nokia 9” 5,7 düym diaqonallı, “Nokia 8 Pro” isə 5,5 düymlük ekranla təchiz ediləcək. Ekranların təsvir ölçüləri barədə məlumat verilmir.

Bundan başqa, “Nokia 9” modelinin displeyinə barmaq izi skanerinin quraşdırılacağı gözlənilir. “Nokia Power User” saytının əməkdaşları bu yeniliyə şübhə ilə yanaşırlar, çünki şirkət əvvəllər belə texnologiyanın tətbiqini planlaşdırmayıb. Hazırda “Samsung” və “Apple” kimi nəhəng şirkətlər bu ideyanı sınaqdan keçirirlər.

“Vivo” şirkəti hazırda populyar qurğularda quraşdırılmayan texnologiyanın prototipini yaradıb. Bu səbəbdən “HMD Global” şirkətinin cari ilin sonunadək belə qurğu təqdim edəcəyi ehtimal olunmur.

Nizam Nuriyev





Baxış sayı: 41

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2018

24/09/18
Marsda su axtaracaq qurğunun sınaqları keçirilib

İtaliya astronavtları Marsın gələcək sakinlərinə su axtarışında kömək edəcək radarın uğurlu sınaqlarını 

24/09/18
Küləyin əsməsini və su damcılarını hiss edən elektron dəri hazırlanıb

Mütəxəssislər robotların görünüş və imkanlarını yaxşılaşdırmağa davam edirlər. Robot texnikası mühəndisləri 

24/09/18
“Apple” rəhbəri yeni “iPhone” modellərinin nəyə görə baha olmasını izah edib

“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını onların indiyədək 

23 09 2018