12px13px15px17px
Tarix:13/03/18

Çin polisi cinayətkarların axtarışında “ağıllı” eynəkdən istifadə edəcək

Pekin polis əməkdaşlarına xidməti istifadə üçün sifətin tanınması sisteminə malik “ağıllı” eynəklər təqdim olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “LLVision” şirkətinin xüsusi aksessuarı kamera və mini proyektorla təchiz edilib. Eynək real vaxt rejimində insan sifətlərini izləyərək onları axtarışda olan cinayətkarların siyahısı ilə müqayisə edir. Uyğunluğa rast gəlinəcəyi təqdirdə sistem linza üzərinə qanun pozucusunun şəklini və onun barəsində qısa informasiyanı proyeksiya edir. Həmçinin “ağıllı” eynəyin köməyi ilə yol hərəkətinə nəzarət etmək və avtomobil nömrələrini qaçırılmış nəqliyyat vasitələri bazası ilə tutuşdurmaq mümkündür.
 
Eynəklərin ilk sınağı fevralda Xenan əyalətinin dəmir yolu vağzalında keçirilib. Uğurla başa çatan eksperiment çərçivəsində qanun keşikçiləri qurğu vasitəsilə insan alverinə görə axtarışda olan bir neçə şəxsi müəyyənləşdirərək həbs etməyə nail olublar.   
 
Qeyd edək ki, polislərin süni intellektli eynəklərlə təchiz edilməsi Çinin milli təhlükəsizlik konsepsiyası ilə uyğunluq təşkil edir. Hazırda ölkədə təxminən 170 milyon müşahidə kamerası quraşdırılıb. 2020-ci ilədək onların sayının üç dəfə artırılması planlaşdırılır. Beləliklə, iki il sonra hər iki Çin sakininin payına bir kamera düşəcək.
 
Nizam Nuriyev





Baxış sayı: 41

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2018

15 08 2018

15/08/18
“Samsung” dünyada 6 Qbit/s sürətə malik ilk 5G modem təqdim edib

Telekommunikasiya avadanlığı və istehlak elektronikası istehsalçıları 5G standartının bazara çıxarılmasına hazırlaşırlar

15/08/18
Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara daha həssasdır

15/08/18
Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar

15/08/18
Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub

“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb

15/08/18
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI”  startapı “QTrobot” adlı robot təqdim edib