12px13px15px17px
Tarix:14/03/18

Avropada smartfonla idarə edilən hotel istifadəyə verilib (VİDEO)

Macarıstanın paytaxtı Budapeşt şəhərində smartfon vasitəsilə idarə edilən ilk Avropa hoteli istifadəyə verilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "CHIP" resursuna istinadən yazır ki, dördulduzlu "KViHotel" mehmanxanasında 40 otağın idarə olunması "TMRW Hotels" mobil əlavəsinin köməyi ilə həyata keçirilir. Bunun sayəsində hotelin idarəetməsi qonaqlar tərəfindən nömrə bronlaşdırılandan və çıxıb gedənədək onların ixtiyarında olur.  
 
Məlumata görə, hoteldə azsaylı xidmət göstərən işçi heyəti çalışır – "TMRW Hotels" əlavəsi sayəsində bütün xidmətlərə bilavasitə qonaqlar – onların mobil qurğuları tərəfindən nəzarət edilir. "Android" və "iOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularla uyğunluq təşkil edən mobil proqram vasitəsilə hotelin qonaqları bir düymənin köməyi ilə bütün xidmətlərdən (öncədən nömrə sifariş etmək, hotelə gəlməmişdən 48 saat əvvəl növbəsiz qeydiyyatdan keçmək, mərtəbəni və ya müəyyən nömrəni seçmək) yararlana bilərlər.  
 
Bildirilir ki, "Bluetooth" bağlantısından istifadə sayəsində hotel sakininin smartfonu eyni zamanda onun qaldığı nömrənin, eləcə də gec gələn vaxtda hotelin əsas girişinin açarı rolunu oynayır. Həmçinin əlavə hotelə 10 min km qalmış otağın temperaturunu tənzimləməyə imkan verir.
 
Eyni zamanda məsafədən xadimə çağırmaq, narahat etməməyi xahiş etmək, taksi sifariş etmək mümkündür. Ödəniş əlavə vasitəsilə həyata keçirilir və bütün prosesə daim nəzarət edilir – hesab əlavəyə və qeyd olunan elektron poçt ünvanına göndərilir.
 
"TMRW" proqramı hotelin funksiyalarını sadələşdirir: təmizliklə məşğul olan əməkdaşlar görməli olduqları işlərin siyahısını öz smartfonlarında alırlar və sistem xüsusi alqoritmin köməyi ilə görüləcək işləri müəyyənləşdirir. Müəyyən edilmiş gündə qonağın gəldiyi otaq xüsusi üstünlüyə malik olur, müsafir oranı tərk edəndə isə işçi heyəti nömrədə təmizlik işlərinin aparılması barədə bildiriş alır.
 
"TMRW Hotels" əlavəsinin yaradıcıları bir hotellə kifayətlənmək niyyətində deyillər. Onlar əlavəni Avropada hotel, qonaq evləri, ofis və mənzillər üçün əsas İT alətinə çevirmək istəyirlər. 
 
Nizam Nuriyev

 





Baxış sayı: 54

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2018

24/09/18
Marsda su axtaracaq qurğunun sınaqları keçirilib

İtaliya astronavtları Marsın gələcək sakinlərinə su axtarışında kömək edəcək radarın uğurlu sınaqlarını 

24/09/18
Küləyin əsməsini və su damcılarını hiss edən elektron dəri hazırlanıb

Mütəxəssislər robotların görünüş və imkanlarını yaxşılaşdırmağa davam edirlər. Robot texnikası mühəndisləri 

24/09/18
“Apple” rəhbəri yeni “iPhone” modellərinin nəyə görə baha olmasını izah edib

“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını onların indiyədək 

23 09 2018