12px13px15px17px
Tarix:10/04/18

Çin 2019-cu ildə “5G” texnologiyasının tətbiqini planlaşdırır

Çinin rabitə operatorları artıq 2019-cu ildə “5G” texnologiyasının tətbiqinə başlayacaq. Bu haqda Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Syao Yueşanyaya istinadən “China Daily” qəzeti yazır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “China Unicom”, “China Mobile” və “China Telecom” kimi rabitə operatorları 2019-2020-ci illərdə orta tezlikli və aşağı tezlikli diapazonların tətbiqinə başlayacaq" – qəzet məmurun sözlərindən sitat gətirib.
 
Syao Yueşanyanın sözlərinə görə, istehsalçılar artıq cari ilin sonunda kommersiya tipli “5G” məhsulunu, o cümlədən mərkəzi stansiyalar üçün avadanlıq və terminal aparatlarını işə salacaqlar. O, həmçinin bildirib ki, hakimiyyət artıq növbəti nəsil mobil telekommunikasiya texnologiyalarının üçillik inkişaf planı üzərində işi başa çatdırıb.

Nazir müavininin sözlərinə görə, ölkədə “5G” innovasiya mərkəzləri yaradılacaq.
 
Emil Hüseynov





Baxış sayı: 120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2018

22 04 2018