12px13px15px17px
Tarix:12/04/18

İnsanın kosmosa ilk uçuşundan 57 il ötür

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günü qeyd edilir. 1961-ci il aprelin 12-də kosmosa ilk uçuş həyata keçirilib. Kosmosu ilk fəth edən insan kimi tarixə Yuri Qaqarin düşüb.
 
Kosmonavtikanın inkişafına xüsusi töhfə verən insanlar arasında azərbaycanlı Kərim Kərimovun adı da  çəkilir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun rolu böyükdür.  Təsadüfi deyil ki, ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov keçmiş SSRİ-nin ən yüksək ordeninə layiq görülüb.
 
Bu gün ölkəmizdə kosmik sənayenin inkişafı əsas prioritetlərdən biri hesab olunur. 
 
Azərbaycanda  kosmik sənayenin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, kosmik informasiyanın qəbulu və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzinin yaradılması ilə başlayıb. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” yaradılıb və kosmik tədqiqatların aparılması ilə ölkəmizdə yeni olan kosmik sənayenin əsası qoyulub.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin avqust ayında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanması ilə ölkəmizdə kosmik sənayenin inkişafının yeni mərhələsi başladı. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (“Azərkosmos” ASC) təsis edilib.
 
“Azərkosmos” ASC-nin operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb. Hazırda, “Azerspace-1” peyki vasitəsilə teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin, eləcə də, özəl sektordan olan müştərilərin birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə  təmin edilməsi həyata keçirilir.
 
Ölkəmizdə kosmik sənayenin inkişafı istiqamətində fəaliyyət davamlıdır. 2014-cü ildə  ölkəmiz üçün əlamətdar hadisələrdən biri də Azərbaycan və Fransa arasında strateji əməkdaşlıq çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın “Azərkosmos” tərəfindən təhvil alınması oldu.
 
Beləliklə, “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başladı. “Azersky” peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.
 
Dövlət başçısının 17 oktyabr 2017-ci il tarıxlı Sərəncamına əsasən Nazirlər Kabinetinin tabeliyinə keçirilən “Azərkosmos”un gələcək planlarına xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi, yeni müştərilərin cəlb olunması ilə yanaşı, 2018-ci il mayın 25-də orbitə buraxılması nəzərdə tutlulan “Azerspace-2” vasitəsilə Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrində şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq və etibarlı xidmət göstərmək daxildir.

Nizam Nuriyev





Baxış sayı: 27

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 İyul 2018

19/07/18
Elastik ekranlı “Samsung” smartfonu nə vaxt buraxılacaq?

“Samsung” şirkəti 2019-cu ilin ilk yarısında kitab kimi bükülən elastik ekranlı smartfon buraxmağı planlaşdırır

19/07/18
Təyyarə və qatarın hibridi təqdim edilib

Fransanın “Akka Techonologies” şirkəti təyyarə və qatarın hibridini təşkil edən "Link & Fly" layihəsini təqdim edib

19/07/18
“Google” Atlantik okeanından internet kabeli çəkəcək

“Google” şirkəti 2020-ci ilədək Transatlantik internet kabel xəttini istifadəyə verməyi planlaşdırır

18 07 2018

18/07/18
Qrafendən gödəkcə istehsal edilib

Böyük Britaniyanın “Vollebak” brendi qrafendən hazırlanan gödəkcə təqdim edib

18/07/18
Bu ölkədə mobil internet əlçatan oldu

İnternetə qoşulmanın dövlət tərəfindən ciddi tənzimləndiyi Kubada sakinlərə smartfon vasitəsilə

18/07/18
İnsan həyatına son qoyan alqoritmlərin hazırlanması qadağan ediləcək

İnsan həyatına son qoyan alqoritmlərin hazırlanması qadağan ediləcək

18/07/18
“Microsoft” şirkəti “Windows”un aylıq yenilənmələrindən imtina edəcək

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün aktual yeniləmələrin çatdırılması mexani

18/07/18
Dəniz səviyyəsinin qalxması internetdə problemlər yarada bilər

Yaxın 15 ildə ABŞ-da dəniz səviyyəsinin qalxmasına görə vacib internet infrastrukturları su altında qala və zədələnə bilər

18/07/18
Nazir Qaxda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 20.07.2018-ci il tarixdə saat 12:00-da Qax şəhərində

18/07/18
Gələcəyin smartfonları üçün 8 QB-lıq yaddaş çipi təqdim edilib

Gələcəyin smartfonları üçün 8 QB-lıq yaddaş çipi təqdim edilib

18/07/18
Robotlar yeni iş yerləri yaradacaq

“PwC” tədqiqat şirkəti süni intellektin cəmiyyətə təsiri ilə bağlı proqnoz verib