12px13px15px17px
Tarix:12/04/18

“Facebook” istifadəçi məlumatlarının itkisi barədə informasiyaya görə mükafatlandıracaq

“Facebook” sosial şəbəkəsi tərəfindən elan edilmiş “Data Abuse Bounty”  proqramı çərçivəsində şirkət məlumatlardan qanunsuz istifadə edən kənar mobil proqram tərtibatçıları haqda məlumata görə ödəniş edəcək. Bu haqda “Facebook”un bloqunda məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, yeni proqram “Facebook”da boşluqların axtarışı üzrə mövcud proqramla paralel fəaliyyət göstərəcək. “Facebook” kənar proqramlar tərəfindən istifadəçi məlumatlarının toplanaraq onların üçüncü tərəfə ötürülməsi ilə bağlı sübut təqdim edən şəxslərə 40 min ABŞ dollarınadək mükafat ödəyəcək.
 
“Facebook” mümkün pozuntular haqda bütün məlumatları maksimum dərəcədə tez araşdıracağına dair söz verib. Məlumatların qanunsuz istifadəsi haqda informasiya təsdiq edildiyi halda sosial şəbəkə qaydaları pozan mobil proqramın işini dayandıracaq, zərər dəymiş istifadəçilərə xəbərdarlıq edəcək, ehtiyac olduqda istifadəçi məlumatlarını satan və onları alan şəxslərə qarşı məhkəmədə iddia qaldıracaq.
 
Emil Hüseynov





Baxış sayı: 64

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Dekabr 2018

15 12 2018

15/12/18
“Facebook”da təxminən 7 milyon istifadəçinin şəkli açıq girişdə əlçatan olub

“Facebook”un rəhbərliyi bildirib ki, 6,8 milyon istifadəçinin şəxsi şəkli məxfilik 

15/12/18
Kiçik bağlamaların çatdırılması üçün “Serve” adlı robot-kuryer təqdim edilib

ABŞ-ın “Postmates” loqistika operatoru çəkisi 22 kq-dək olan bağlamaları 48 km-dək daşıya biləcək

15/12/18
Smartfondan idarə olunan “ağıllı” həb hazırlanıb

Massaçusets Texnologiya İnstitutu, Dreyper Universiteti və Briqama Qadın xəstəxanasından olan alimlər heyəti