12px13px15px17px
Tarix:13/04/18

Göz xəstəliklərini müstəqil diaqnozlaşdıran proqram yaradılıb

ABŞ Ərzaq Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) gözün tor qişasının fotoşəkillərinə görə diabetik retinopatiyanı diaqnozlaşdıran alqoritmin praktik tətbiqini təsdiq edib. Tərtibatçıların sözlərinə görə, “IDx-DR” adlı proqram diaqnozun qoyulması üçün həkim-mütəxəssisin iştirakını tələb etmir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “IDx-DR” alqoritmi şəkərli diabetin ən ağır xəstəliklərindən biri olan diabetik retinopatiyanın aşkarlanması üçün nəzərdə tutulub. Xəstəliyə metabolizm dəyişiklikləri ilə əlaqədar mikrosirkulyasiya pozulmaları səbəb olur. Diabetik retinopatiya tor qişasının damarlarına nüfuz edir və bəzi hallarda tam korluğa gətirib çıxarır. Proqram kompüter təlimi texnologiyalarından istifadə edir: onun üçün material qismində xəstələrin sağlamlıq vəziyyəti haqqında məlumatlarla müqayisə edilən tor qişasının milyonlarla fotoşəkili çıxış edir. Oxşar metodikalar onkoloji xəstəliklərin diaqnozlaşdırılmasında geniş yayılıb.
 
Məlumata görə, proqram tor qişası kamerası tərəfindən çəkilən şəkillərdən istifadə edir. Bu alətin oftalmologiyada istifadə olunmasına görə klinikalar üçün əlavə qurğuların əldə olunmasına və quraşdırılmasına ehtiyac qalmır. İlkin mərhələdə alqoritm fotoşəkillərin analiz üçün kifayət qədər aydınlığa malik olmalarını müəyyənləşdirir. Daha sonra “IDx-DR” proqramı təsvirləri əvvəlcədən öyrənilmiş məlumatlarla tutuşduraraq diabetik retinopatiya üçün xarakterik olan tor qişası damarlarının zədələnməsi əlamətlərini aşkarlayır.
 
Alqoritmin klinik tədqiqatında şəkərli diabetdən əziyyət çəkən 900 xəstə iştirak edib. Proqram diabetik retinopatiyalı xəstələrin 87,4 faizinə düzgün diaqnoz qoymağa nail olub. Bu göstərici tor qişası xəstəliklərindən əziyyət çəkməyən insanların müəyyənləşdirilməsində 89,5 faiz təşkil edib.
 
“FDA” nümayəndələrinin sözlərinə görə, metodika oftalmoloqlara vaxta qənaət etməyə kömək edəcək və digər ixtisaslı həkimlər üçün yararlı olacaq. Məsələn, ümumi praktikalı həkim süni intellektin proqnozu əsasında xəstəni əsas simptomlar (xəstəliyin ilkin mərhələsində rast gəlinməyən ağrı, görmə qabiliyyətinin azalması) yaranmamışdan əvvəl oftalmoloqa yönəldə biləcək.
 
Nizam Nuriyev





Baxış sayı: 103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2019

22 04 2019

22/04/19
“Microsoft” virtual reallığı zəif görən insanlara uyğunlaşdıran proqram təminatı təqdim edib

“Microsoft” korporasiyasının tədqiqat bölməsinin tərtibatçıları görmə məhdudiyyətli istifadəçilərə virt

22/04/19
Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza ilə bağlı 

22/04/19
“Microsoft” korporasiyası “Windows 7” istifadəçilərinə yeni kompüter almağı tövsiyə edir

“Windows 7” əməliyyat sisteminin dəstəyinin dayandırılacağı ilə bağlı istifadəçilərə bildirişlər göndər

22/04/19
Ən çox ələ keçirilən parollar məlum olub

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi internetdə ən çox ələ keçirilən parollar üzrə aparılan tədqi

22/04/19
2023-cü ildə “5G” rabitə şəbəkəsindən istifadə populyarlaşacaq

“GSMArena” resursu tərəfindən dərc edilmiş araşdırmada müxtəlif illərdə müxtəlif nəsil şəbəkələrindən 

22/04/19
Smartfonların tez sıradan çıxmasına səbəb olan 8 geniş yayılmış istifadəçi səhvi açıqlanıb

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, cihazın heç vaxt söndürülməmə

22/04/19
“HP Chromebook 15” noutbuku təqdim edilib

“HP” istehsalçısı “Chrome OS” – “Google” şirkətinin masaüstü əməliyyat sisteminin ida

22/04/19
20 ən yaxşı smartfonun adı açıqlanıb

“Business Insider” nəşri hazırda əlçatan olan və ya yaxın aylarda satışa çıxarılacaq 20 ən yaxşı smartf