12px13px15px17px
Tarix:16/04/18

“Ağıllı” qoruyucu bilərzik istifadəçinin qayğısına qalacaq

ABŞ-ın Alabama Universitetinin alimləri “ağıllı” siqnal bilərziyinin prototipini hazırlayıblar. Qurğu istifadəçiyə hücum və ya onun fiziki vəziyyətinin qəfil dəyişməsi zamanı işə düşür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, cihaz yanıb-sönən qırmızı işığı və həyəcan səsini işə salır, siqnallar ətrafdakı insanların diqqətini cəlb edir və bununla cinayətkarın qaçıb gizlənmə riski aradan qaldırılır.
 
Məlumata görə, qolbaq smartfona “Bluetooth” vasitəsilə qoşulur və GPS koordinatlarını verməklə təcili yardım xidmətini (ABŞ-da 911) çağırır. Qurğu kontaktlar siyahısındakı şəxslərə də əvvəlcədən məlumat göndərə bilir.
 
Mütəxəssislər ixtiranın praktiki əhəmiyyətini izah edərək fövqəladə hallarda köməyin çağırılması üçün digər vasitələr tərəfindən minimum bir düymənin basılmasının tələb olunmasını qeyd edirlər. Lakin insan huşunu itirən zaman bu sadə hərəkəti yerinə yetirmək çətinlik törədir. Cinayətkarın hücumu zamanı cibdə düyməli cihazı axtarmaq da çətindir. “Ağıllı” bilərzik isə müstəqil işləyir.
 
Bildirilir ki, qolbaq daim istifadəçinin təzyiqini və bədən temperaturunu nəzarət altında saxlayır. Giroskop və akselerometr hərəkət fəallığını, mikrofon isə səs fonunu izləyir. Proqram təminatı konkret istifadəçiyə uyğunlaşmaqla öyrədilir. Bilərzik istifadəçinin nə vaxt durması və ya oturması, hansı hərəkətlərə üstünlük verməsi barədə “məlumatlı” olur.
 
Qurğu həyat parametrləri vəziyyətin təhlükəli olmasını bildirən və ya qeyri-adi hərəkətlər yaranan zaman həyəcan siqnalı verir. Məsələn, nəbzin sürətli döyünməsi və qaçış əksər hallarda təhlükədən xəbər verir. Bununla yanaşı, səhər qaçışları adi aktivlik kimi qeydə alınır – qolbaq həyəcan siqnalını işə salmır.
 
Duruşun hərəkətsiz uzanmış hala qəfil dəyişməsi isə huşun getməsi deməkdir – cihaz SOS siqnalını qoşur.
 
Nizam Nuriyev
 
 





Baxış sayı: 129

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2019

22 01 2019

22/01/19
Süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib

“Gartner”in analitiklərinin məlumatına görə, iş prosesində süni intellektdən istifadə edən şirkətlərin sayı 4 

22/01/19
“Facebook” ucqar rayonlarda internetin təmin edilməsi üçün pilotsuz təyyarələrin sınaqlarını bərpa edib

“Facebook” planetin ucqar rayonlarında interneti təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz 

22/01/19
Qan damarlarında hərəkət edən nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu 

22/01/19
Yeni mobil proqram beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək

Böyük Britaniya alimlərinin yaratdığı “Decoder” mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa 

22/01/19
Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək

“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı

22/01/19
“Google” şirkəti 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin 

22/01/19
Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tan

22/01/19
“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb