12px13px15px17px
Tarix:10/05/18

ABŞ-da blokçeyn texnologiyalı ilk smartfon buraxılıb

Amerikalı siyasi fəal Pras Mişel yeni “Blacture” sosial maliyyə platformasını istifadəyə verib. Platformadan istifadə üçün blokçeyn prinsipi üzrə qurulan “Zippie” əməliyyat sistemli “Motif” smartfonu tələb olunur. “Blacture” istifadəçilərinin hərəkətləri barədə bütün informasiya kənardan istifadəsi qeyri-mümkün olan sistemdə saxlanılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, smartfonla adi əməliyyatlar edən “Motif” istifadəçiləri “Blacture” daxilində sosial faydalı hərəkətlər üçün tokenlərlə mükafatlandırılacaq. Sistemdə xidmətlər təklif etmək, alış-veriş etmək, ünsiyyət qurmaq, akkreditasiya edilmiş şirkətlərlə iş aparmaq və s. mümkündür. Dəqiq alqoritmlər və mükafatlandırma meyarlarının siyahısı hələ ki müəyyən edilməyib.
 
Məlumata görə, mühafizəli saxlancda qorunan tokenlər virtual valyuta qismində çıxış edirlər. Virtual pulu dünyada “Motif” sahiblərinə köçürərək komissiya və vergilərdən azad olmaq mümkündür. Gələcəkdə bankda hesab açmadan adi mağazada ödəniş etməyə imkan verən debet kartların da istifadəyə verilməsi planlaşdırılır. Bu ilin payızında satışa çıxarılacaq smartfonun qiyməti 400 dollar təşkil edir.
 
Qeyd edək ki, “Motif” ABŞ-da blokçeyn texnologiyalı ilk smartfon olsa da, dünyada birinci deyil. Yarım il əvvəl “Embedded Downloads” şirkəti hərbçilər və xüsusi xidmət orqanları üçün nəzərdə tutulan və gücləndirilmiş mühafizə sisteminə malik “BitVault” qurğusunun buraxılışına başlayıb. Bundan başqa, blokçeynin kriptovalyutalarla işin optimallaşdırılması üçün istifadə olunduğu “Finney от Sirin Labs” qurğusunu qeyd etmək olar. Qurğunun payızda milyonlarla tirajla satışa çıxarılacağı gözlənilir.
 
Nizam Nuriyev





Baxış sayı: 126

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2018

21 10 2018