12px13px15px17px
Tarix:15/05/18

Yeni qurğu istifadəçinin nəzərdən qaçırdığı məqamları qeydə alacaq

Almaniya tələbələri istifadəçinin gözünü qırpması zamanı ətraf dünyanı çəkən "Augenblick" adlı qurğu hazırlayıblar. Qurğu göz ətrafında əzələlərin yığılmasına reaksiya verən kamera və ötürücülərlə təchiz edilən eynəkdən ibarətdir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, "Augenblick" Bremen Ali İncəsənət Məktəbinin tələbələri Manasse Pinsuvan və Rene Henrixin diplom layihəsidir. Tərtibatçıların sözlərinə görə, kamera tərəfindən insanların gündə gözlərini min dəfə qırpması zamanı nəzərdən qaçırılan hər şey qeydə alınır. Qurğu istifadəçinin buraxdığı hər ayrıca kadrı yazır. Yüksək həssaslığa malik sensor göz ətrafında əzələlərin yığılmasına reaksiya verərək onu kadrı yazmağa başlamaq üçün siqnal kimi qəbul edir. Kadrın qeydə alınması yalnız göz yenidən açılan zaman dayanır.
 
Qurğu yaradıcıları layihənin potensial imkana malik olduğunu qeyd edirlər. Videomaterialın montajından məlum olub ki, insan gün ərzində gözünü qırpması nəticəsində minlərlə məqamı nəzərdən qaçırır ki, bundan da qurğu istifadəçisinin həyatı haqqında gündəlik sənədli film yaratmaq olar.
 
Nizam Nuriyev





Baxış sayı: 55

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2018

21 10 2018