12px13px15px17px
Tarix:13/06/18

Yeni qurğu infarkt keçirən insanların həyatını asanlaşdıracaq

Beynəlxalq alimlər qrupu infarkt keçirən insanlara kömək edəcək xüsusi qurğu hazırlayıb. O, bilavasitə zədələnmiş ürək toxumasına bərkidilir.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, ABŞ, İrlandiya və Böyük Britaniya alimlər qrupu tərəfindən hazırlanan yeni qurğu “Therepi” adlanır və ürək tutmasından başlayaraq ürək çatışmazlığına aparan prosesə müdaxilə edir.

Məlumata görə, kiçik rezervuar şəklində olan yeni cihaz xəstənin dərisi üzərinə və ya altına xüsusi mexanizmli nazik şlanq vasitəsilə birləşdiriləcək. Onun köməyi ilə ürəyə dərman preparatı çatdırılacaq.  

Jelatin əsaslı polimerdən hazırlanan rezervuar dayaz dibli yarımkürə formasına malikdir. Dayaz dib çoxlu miqdarda dərmanın və ya böyük materialların birbaşa ürək toxumasına keçməsi üçün tənzimləməyə imkan verən yarımkeçirici membrandan ibarətdir.

Alimlərin sözlərinə görə, qurğudan istifadə çox sadədir və xüsusi bacarıqlar tələb etmir. Xəstə hətta həkimin köməyi olmadan adi şpris vasitəsilə lazımi miqdarda dərman daxil edə bilər.

“Rezervuarın yaradılması üçün istifadə edilən material həlledici əhəmiyyətə malikdir. Bizə onun məhz tələb olunan yerdə dərmanı saxlaması üçün süngər kimi işləməsi lazımdır. Bunu etmək isə çox çətindir, çünki ürək daim sıxılır və hərəkət edir”, - alimlər bildirib.

Alimlərin fikrincə, qurğu digər orqanların müalicəsi üçün universal platforma rolunu oynaya və müxtəlif xəstəliklərin müalicəsi üçün yeni metodlar hazırlamağa kömək edə bilər.

Nizam Nuriyev





Baxış sayı: 207

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2018

21 10 2018