12px13px15px17px
Tarix:04/07/18

Birinci rübdə fərdi kompüterlərin satışı əvvəlki səviyyədə qalıb

Bu ilin birinci rübündə dünyada fərdi kompüterlərin satışı azalmayıb və əvvəlki səviyyədə (60,4 milyon ədəd) qalıb. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, korporativ mühitdə “Windows 10” əsaslı sistemlərin yayılması davam edir ki, bu da bu bazarda fəaliyyət göstərən “HP”, “Dell”, “Lenovo” və s. kimi istehsalçılar üçün faydalıdır. Satış həcmi, həmçinin bahalı sinfə aid noutbuklara və oyun sistemlərinə yüksək tələbatla dəstəklənir. Bundan başqa, 2017-ci ilin birinci rübü ilə müqayisədə noutbuklar üçün komponent çatışmazlığı nisbətən zəifləyib.

Hesabata görə, “HP Inc.” şirkəti fərdi kompüter istehsalçıları arasında mütləq lider olaraq qalır. Satış həcmini 4,3 faiz artıran şirkət hazırda bazarın 22,6 faizinə nəzarət edir. “Lenovo” şirkəti ötənilki 20,4 faiz payla ikinci pillədə qərarlaşıb. “Dell” satışı 6,4 faiz artırıb və 16,9 faiz payla üçüncü yeri tutur. “Acer” və “Apple” şirkətlərinin satışı müvafiq olaraq 7,7 və 4,8 faiz azalıb, bazar payı isə 6,8 və 6,6 faizə enib.

Analitiklər tərəfindən iqtisadi vəziyyətin yaxşılaşması nəticəsində gələcəkdə kompüterlərə tələbatın artacağı proqnozlaşdırılır.

Nizam Nuriyev





Baxış sayı: 189

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Fevral 2019

16/02/19
Süni intellekt “feyk xəbərlər” yazmağı öyrənib

“OpenAI” qeyri-kommersiya tədqiqat təşkilatı “feyk xəbərlər”in hazırlanması üçün “GPT2” adlı s&am

16/02/19
Dünyada ilk “5G”-kinoteatr istifadəyə verilib

Norveçin “Telia” mobil rabitə operatoru Osloda “Odeon” kino mərkəzi ilə birgə 

16/02/19
“Samsung” şirkəti “Bixby” səs köməkçisini dəstəkləyən ən nazik planşetini təqdim edib

“Samsung” şirkəti “Galaxy Tab S5e” planşetini təqdim edib

15 02 2019

15/02/19
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət

15/02/19
“Android” üçün on minlərlə proqram istifadəçiləri izləyir

Kaliforniyada Beynəlxalq Kompüter Elmləri İnstitutu tərəfindən keçirilmiş yeni araşdırma nəticəsində 

15/02/19
Süni yarpaqlar qlobal istiləşmə ilə mübarizədə kömək edəcək

Süni yarpaqlar fotosintez prosesini təqlid edir, amma bunu yalnız laboratoriyada edə bilərlər, çünki rezervuarlarda 

15/02/19
Spartakiadanın sonuncu yarışı keçirilib

“Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində son olaraq stolüstü tennis oyunları 

15/02/19
Hindistan hökuməti istifadəçilərin yazışmasını oxumaq imkanını tələb edir

“Facebook” şirkəti növbəti dəfə Hindistan hökumətinin təzyiqi (“WhatsApp” messencerində istifadəçilərin 

15/02/19
Cinayətkarların yaxalanmasında əl təsvirlərindən istifadə ediləcək

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları əllərin təsvirinin köməyilə cinayətkarları 

15/02/19
Tezliklə “Instagram”ın veb versiyasında “Direct” funksiyası əlçatan olacaq

Məşhur sosial şəbəkənin istifadəçiləri xidmətin veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya biləcəklər.

15/02/19
“Shade” virusunun aktivliyi qeydə alınıb

“Eset” antivirus proqram təminatı istehsalçısı “Shade” adlı fırıldaq xarakterli virusun yayılması haqqında