12px13px15px17px
Tarix:09/07/18

Dünyanın ən varlı insanları açıqlanıb

“Bloomberg” agentliyi növbəti “Bloomberg Billionaires Index” (BBI) indeksini dərc edərək “Amazon” şirkətinin rəhbəri Ceff Bezos, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts və “Facebook” şirkətinin yaradıcısı Mark Sukerberqin dünyanın ən varlı insanlar reytinqində lider mövqelər tutmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, reytinqə görə, ilk üç pillədə ilk dəfə olaraq İT biznesinin nümayəndələri qərarlaşıb.

Siyahıda birinci yeri tutan Ceff Bezosun sərvəti 142 milyard dollar, ikinci mövqedə yer alan Bill Qeytsin 94,2 milyard dollar, üçüncü pillədə qərarlaşan Mark Sukerberqin isə 81,6 milyard dollar dəyərində qiymətləndirilib. Həmçinin liderlər onluğuna əvvəllər reytinqdə ikinci yer tutan ABŞ sahibkarı Uorren Baffet (81,2 milyard dollar) daxil olub.

Qeyd edək ki, indeks milyarderlərin paya malik olduqları şirkətlərin səhmlərinin dəyəri və maliyyə hesabatları əsasında hesablanır. Bir sıra şirkətlərlə bağlı hesablama şirkətin kapitallaşma dəyərinin “EBITDA” (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) və ya səhm dəyərinin səhm üçün gəlir nisbəti üzrə aparılır.

Nizam Nuriyev





Baxış sayı: 276

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Fevral 2019

15 02 2019

15/02/19
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət

15/02/19
“Android” üçün on minlərlə proqram istifadəçiləri izləyir

Kaliforniyada Beynəlxalq Kompüter Elmləri İnstitutu tərəfindən keçirilmiş yeni araşdırma nəticəsində 

15/02/19
Süni yarpaqlar qlobal istiləşmə ilə mübarizədə kömək edəcək

Süni yarpaqlar fotosintez prosesini təqlid edir, amma bunu yalnız laboratoriyada edə bilərlər, çünki rezervuarlarda 

15/02/19
Spartakiadanın sonuncu yarışı keçirilib

“Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində son olaraq stolüstü tennis oyunları 

15/02/19
Hindistan hökuməti istifadəçilərin yazışmasını oxumaq imkanını tələb edir

“Facebook” şirkəti növbəti dəfə Hindistan hökumətinin təzyiqi (“WhatsApp” messencerində istifadəçilərin 

15/02/19
Cinayətkarların yaxalanmasında əl təsvirlərindən istifadə ediləcək

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları əllərin təsvirinin köməyilə cinayətkarları 

15/02/19
Tezliklə “Instagram”ın veb versiyasında “Direct” funksiyası əlçatan olacaq

Məşhur sosial şəbəkənin istifadəçiləri xidmətin veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya biləcəklər.

15/02/19
“Shade” virusunun aktivliyi qeydə alınıb

“Eset” antivirus proqram təminatı istehsalçısı “Shade” adlı fırıldaq xarakterli virusun yayılması haqqında