12px13px15px17px
Tarix:10/08/18

Dünyada təxminən 253 milyon nəfər “Apple Pay” ödəniş xidmətindən istifadə edir

“Apple Pay” ödəniş xidməti sürətlə populyarlaşaraq “Apple”ın xidmət biznesinin inkişafında vacib istiqamətlərdən birinə çevrilir, “Loup Ventures” investiya şirkətinin həmtəsisçisi və “alma” şirkətinin məhsulları üzrə tanınmış analitiklərdən biri olan Gene Manster belə hesab edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssis dəfələrlə bildirib ki, xidmət istiqaməti “Apple”ın gələcək uğurunu təminidir. Korporasiyanın rüblük nəticələri də bunu təsdiq edir: 30 iyun 2018-ci il tarixində bitən üç aylıq hesabat dövrü üçün “Apple”ın xidmət gəliri ötən illə müqayisədə 33% artaraq 9,5 milyard dollara yaxınlaşıb.
 
"Hazırda 24 ölkədə “Apple Pay” ödənişləri keçərlidir və tezliklə Almaniya da bu ölkələrin siyahısına qoşulacaq. Biz hesab edirik ki, “Apple Pay” ödəniş xidmətinin istifadəçi bazası təxminən 253 milyon nəfər təşkil edir, bunun da 215 milyonu beynəlxalq auditoriya, 38 milyon isə ABŞ-dan olan istifadəçilərdir" – analitik deyib.
 
Emil Hüseynov




Baxış sayı: 915

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024