12px13px15px17px
Tarix:20/08/18

“Alcatel HH40V” qurğusu dünyanın istənilən nöqtəsindən internetə qoşulmağa imkan verəcək

“Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən internetə sürətli qoşulma üçün “HH40V” portativ marşrutlayıcısını təqdim edib. “Qualcomm MDM9207” çipi üzərində qurulan qurğu bütün şəbəkə standartlarını, o cümlədən “4G” şəbəkəsini dəstəkləyir. Bundan başqa, marşrutlayıcını naqilli “Ethernet” qoşulması vasitəsilə istifadə etmək olar.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Alcatel HH40V” iki “Ethernet” portu və 150 Mbit/saniyə yükləmə sürətinə malik “4G LTE” modulu ilə təchiz edilib. Yeni qurğu “Wi-Fi” şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/saniyə sürətində paylayır.

Məlumata görə, daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün “Alcatel HH40V” marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür. Məsələn, kabel vasitəsilə əlaqə itən zaman “4G” qoşulma avtomatik aktivləşir. “LTE” siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir.  

“Alcatel HH40V” marşrutlayıcısının qiyməti 70 dollar təşkil edir.

Nizam Nuriyev





Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024