12px13px15px17px
Tarix:14/09/18

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

Cənubi Afrika Respublikasının Durban şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransının yekunlarına dair təltifetmə mərasimi keçirilib. 
 
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində innovasiyaların inkişafı üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2018”-də fəal iştirakına və üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqının xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub.
 
Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi isə sosial təsirli innovativ həllərin tətbiq və təşviqinə görə mükafatlandırılıb. Bununla da ölkəmiz tədbir çərçivəsində 3 sertifikata layiq görülüb.
 
Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən “ITU Telecom World” beynəlxalq arenada telekommunikasiya sahəsinin  ən qlobal tədbiri hesab olunur. Ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində Milli Pavilyonla təmsil olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə tədbirin əsas beynəlxalq tərəfdaşlarından biridir.









Baxış sayı: 243

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2019

23 02 2019

23/02/19
İlk brauzer yenidən istifadəyə verilib

İsveçrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) tədqiqatçılar qrupu “WorldWideWeb

23/02/19
“KATIM R01” dünyada ən möhkəm smartfondur

“DarkMatter Group” şirkəti “KATIM R01” smartfonunu təqdim edib.

23/02/19
Dünya mobil internet trafikinin həcmi 1 zettabayta çatacaq

“Cisco” şirkəti 2022-ci ilədək dünya mobil internet trafikinin illik həcminin 1 zettabayta (270 bayt)