12px13px15px17px
Tarix:18/09/18

Pekin süni intellekt şirkətlərinin sayına görə dünya şəhərləri arasında birincidir

Çin süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin sayına görə dünyada ikinci yerdədir. Bu barədə sentyabrın 17-də Şanxayda keçirilən “World Artificial Intelligence Conference” beynəlxalq konfransında Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (China Academy of Information and Communications Technology) rəhbəri Liu Duo bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, akademiya rəhbərinin sözlərinə görə, Çində süni intellekt şirkətlərinin sayı artmaqda davam edir və hazırda ölkə dünyada ikinci mövqedə qərarlaşıb.

Ölkənin ən sürətli inkişaf edən süni intellekt mərkəzləri arasında Liu Duo Pekin, Şanxay, Quandun, Çjetsyan və Tsyansunu sadalayıb.

Sinxua Universiteti (Tsinghua University) nəzdində Çin elm və texnologiyalar sahəsində siyasət institutu tərəfindən hazırlanan hesabata görə, Çinin materik hissəsində süni intellekt şirkətlərinin sayı 1011 təşkil edir ki, bu da ümumdünya sayının 20,53 faizinə bərabərdir.

Çin süni intellekt şirkətlərinin sayına görə yalnız ABŞ-dan geri qalır. Orada belə şirkətlərin sayı 2 minə çatır. Liderlər beşliyinə, həmçinin Böyük Britaniya, Kanada və Hindistan daxildir.

ABŞ süni intellekt şirkətlərinin sayına görə Çini üstələsə də, şəhərlər üzrə bölünmənin analizindən məlum olub ki, süni intellekt üzərində çalışan şirkətlərin əksəriyyəti (395) Çin paytaxtı Pekində yerləşir. Liderlər üçlüyündə, həmçinin müvafiq olaraq 287 və 274 süni intellekt şirkəti ilə ABŞ-ın San-Fransisko və Britaniyanın London şəhərləri yer alıb. Bundan başqa, Şanxay, Şençjen və Xançjou süni intellekt şirkəti çox olan şəhərlərin ilk iyirmiliyinə daxil olub.

Nizam Nuriyev





Baxış sayı: 336

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 İyun 2019

26 06 2019