12px13px15px17px
Tarix:11/10/18

Yeni “Xiaomi” qurğusu “4K” formatını dəstəkləyir

“Xiaomi” şirkəti yenilənmiş “Mi Box S” televizor qurğusunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, qiyməti 60 dollar təşkil edən yeni qurğu çoxlu quraşdırılmış “Google” məhsullarına malikdir, “HDR” standartlı təsviri saniyədə 60 kadr sürətində olmaqla “4K” təsvir ölçüsündə göstərir və “Dolby DTS” çoxkanallı səs formatını dəstəkləyir.

Məlumata görə, “Xiaomi Mi Box S” çoxnüvəli alt qrafik sistemli dördnüvəli prosessor, 2 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş və “Bluetooth 4.2” dəstəyi ilə təchiz edilib. Televizor qurğusunda 1 “HDMI 2.0A” və “USB 2.0” portu və audioçıxış nəzərdə tutulub. Əvvəlki “Xiaomi” mediapleyer modelləri kimi, yeni qurğu ən son “Android TV” versiyasının idarəetməsi ilə işləyir.

Qurğu dəstinə üzərində “Netflix” onlayn kinoteatrı və televizor kanallarına keçid üçün ayrı-ayrı düymələrin quraşdırıldığı məsafədən idarəetmə pultu daxildir.

ABŞ-da “Xiaomi Mi Box S” üçün artıq ilkin sifarişlər qəbul edilir. Qurğunun tədarüklərinə isə oktyabrın 19-dan etibarən başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev





Baxış sayı: 352

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 İyun 2019

25 06 2019

25/06/19
“Microsoft” istifadəçilərə “Excel”də makroslardan imtina etməyi tövsiyə edir

“Microsoft” şirkətinin nümayəndələri “Excel” vasitəsilə zərərverici proqramların yayılmasını etiraf edib.

25/06/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları

25/06/19
“Google” Niderlandda data mərkəzləri üçün xərcləri artıracaq

“Google” şirkəti Niderlandda data mərkəzlərinin tikintisinə əlavə 1 milyard avro yatırmaqla bağlı planlar

25/06/19
Fransada hidrogen yanacaqla işləyən avtobuslar istifadəyə verilib

Hidrogen yanacağı ilə işləyən ilk elektrik avtobusları Uden şəhərində fəaliyyətə başlayıb.

25/06/19
Dünya İT infrastrukturu bazarında artım zəifləyib

“Canalys” şirkəti tədqiqat apararaq bu ilin birinci rübündə dünya informasiya texnologiyaları infrastrukt

25/06/19
NASA Günəşə iki yeni missiya göndərəcək

ABŞ Kosmik Agentliyi (NASA) Günəşə iki yeni missiya göndərəcək.

25/06/19
USB standartının yaradıcısı öz əsas səhvini etiraf edib

USB standartı ilk dəfə 1998-ci ildə “Apple iMac” kompüterində istifadə edilib. Həmin vaxtdan etibarən USB

25/06/19
“Google” avtomatik silinən fotoları paylaşmağa imkan verib

“Android” və “iOS” əməliyyat sistemləri üçün əlçatan olan “Google Duo” videoçatında