12px13px15px17px
Tarix:12/10/18

Süni intellekt elektron ticarətə uğur qazandırır

Elektron ticarətdə süni intellektdən istifadə ümumilikdə effektiv nəticələr verir. Bu barədə “Gartner” analitik şirkətinin internet ticarəti sahəsində fəaliyyət göstərən 300 şirkət arasında keçirdiyi qlobal sorğunun nəticələrində deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sahə üzrə təşkilat və müəssisələrin 70 faizi bildirib ki, onların süni intellekt layihələri uğurlu olub. Respondentlərin dörddə üç hissəsi müxtəlif bazar göstəricilərinin ikirəqəmli templərlə (10 faizdən çox) artdığını qeyd edib. Məsələn, satışlar və müştəri məmnunluğu yaxşılaşıb, eləcə də xərclər azalıb.

Tədqiqatçıların proqnozlarına görə, 2020-ci ilədək süni intellekt elektron kommersiya bazarı şirkətlərinin 60 faizində bu və ya digər şəkildə tətbiq ediləcək, bu biznesdə mədaxil artımının 30 faizi isə süni intellekt texnologiyalarının payına düşəcək.

İnternet ticarəti ilə məşğul olan şirkətlər süni intellekt həllərindən ilk növbədə müştərilərin üstünlükləri barədə məlumatların tərtib edilməsi, məhsulların paylanılması və fırıldaqçılıq hallarının aşkarlanması üçün istifadə edirlər.

Süni intellektin uğurlu istifadəsinə baxmayaraq şirkətlər texnologiyanın tətbiqi zamanı ciddi problemlərlə üzləşirlər. Məsələn, sorğu internet biznesinin sistemlərin keyfiyyətli təlimi (bunu rəyi soruşulanların 29 faizi bildirib) üçün məlumatlara və şirkətdə müvafiq bacarıqlara (27 faiz) malik olmamasını göstərib. Nəticədə texniki mütəxəssislər işə qəbul edilir və ya tərəfdaşlar cəlb olunur.

Nizam Nuriyev





Baxış sayı: 148

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Oktyabr 2018

22 10 2018

22/10/18
“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində 

22/10/18
“Android” smartfonlarına məsafədən yeni müdaxilə üsulu tapılıb

“Checkmarx” analitik şirkətinin eksperti Lüksemburqda keçirilmiş “Hack.lu” konfransında “Android

22/10/18
NASA Marsa göndəriləcək yeni kosmik aparatın enəcəyi yeri seçib

Üçgünlük müzakirələrdən sonra astronomlar 2020-ci ildə ABŞ Kosmik Agentliyi tərəfindən Marsa 

22/10/18
“3D” printerdə işlək litium-ion akkumulyator çap edilib

Dyuk Universitetinin alimləri tərəfindən hazırlanmış xüsusi metod “3D” printerdə litium-ion akkumulyatorları 

22/10/18
“Facebook” sosial şəbəkəsinin təhlükəsizliyi gücləndirilir

“Facebook” sosial şəbəkəsinin sahibi olan eyniadlı şirkət informasiya təhlükəsizliyi sahəsində həllər hazırlayan 

22/10/18
Azərbaycanlı mühəndislər radiospektr idarəetməsi üzrə təlim alıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mühəndisləri üçün 

22/10/18
İnternetdən ən çox kişilər istifadə edir

Əksər internet istifadəçiləri kişilərdir, bir sıra ölkələrdə isə şəbəkənin qadın auditoriyası kişi auditoriyasından 

22/10/18
Yeni “Apple” qurğularının təqdimat tarixi məlum olub

“Apple” şirkəti müxtəlif nəşrlərin jurnalistlərini oktyabrın 30-da Nyu-Yorkda keçiriləcək yeni 

22/10/18
Ən etibarlı kompüter istehsalçıları bəlli olub

Kompüterlərin təmiri üzrə ixtisaslaşmış ABŞ-ın “Rescuecom” şirkəti ABŞ-da kompüterlərin etibarlılığı