12px13px15px17px
Tarix:18/10/18

ABŞ Kosmik Agentliyi Veneraya missiya göndərəcək

ABŞ Kosmik Agentliyi (NASA) Venera planetinə missiyanın göndərilməsi üçün “High Altitude Venus Operational Concept” (HAVOC) adlı konsepsiya üzərində çalışır.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, agentliyin planlarına planetin sıx atmosferindən tədqiqatlar üçün əsas kimi istifadə daxildir. “HAVOC” məhdud test missiyalarından asılı olan uzunmüddətli plandır. Missiyaların konkret tarixləri barədə məlumat verilmir.  

Bildirilir ki, Venera səthində yüksək təzyiqin və temperaturun olmasını nəzərə alan “NASA” insan missiyaları üçün onun üst atmosfer qatlarından istifadə edəcək. Bu məqsədlər üçün agentlik tərəfindən xüsusi dirijablların yaradılması nəzərdə tutulur.

Məlumata görə, Venera atmosferinin yuxarı qatları Günəş sistemində Yer kürəsinə ən çox bənzəyən yer hesab edilir. Venera səthindən 50-60 km hündürlükdə təzyiq və temperatur Yerin alt atmosfer qatlarında yerləşən regionlarla müqayisə edilə bilər. Bu hündürlükdə temperatur Selsi üzrə 20-30 dərəcə arasında dəyişir.

Konseptual dirijabl Venera üzərində uçaraq küləyin təsirinə məruz qalmayacaq. Dirijablın uçmaq qabiliyyətinin təmin edilməsi üçün onu oksigen və azot kimi qaz qatışıqları ilə təchiz etmək təklif edilir. Belə qatışığın Venera atmosferindən yüngül olması aparatı yuxarıya qaldırmağa imkan verəcək.

İki nəfərdən ibarət ekipaj üzvü üçün nəzərdə tutulan dirijabl Veneranı 30 gün ərzində tədqiq etməyə şərait yaradacaq.

Nizam Nuriyev





Baxış sayı: 419

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 May 2024

05 05 2024