12px13px15px17px
Tarix:07/11/18

“Google” Marsa virtual səyahət təklif edir

Yeni “Google Mars” layihəsi Qırmızı planetə 225 km məsafədə virtual səyahət etməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, planetin ən ətraflı xəritələrindən biri ABŞ Kosmik Agentliyinin (NASA) peyklərindən toplanan məlumatlar və agentlik və Arizona Universitetinin alimlərinin birgə fəaliyyəti əsasında tərtib olunub. Xəritədə Mars səthi ilə müxtəlif rejimlər vasitəsilə tanış olmaq mümkündür. Yüksəkliklər xəritəsində planetin relyefini, onun kraterlərini və təpələrini öyrənmək olar. Spektrin görünmə sahəsi Marsın boz konturlarını göstərməklə səthə daha ətraflı baxmağa imkan verir. Bundan əlavə, Mars səthinin infraqırmızı spektrli şəkillərindən istifadə etmək olar. Burada isə planetin temperatur xəritəsi ilə tanış olmaq mümkündür.

İnterfeys “Google Maps” servisi istifadəçilərinə çox yaxşı tanışdır. Xəritə kompüter “mouse”u vasitəsilə Mars üzərində “hərəkət etməyə” imkan verir, ayrı-ayrı keçidlər isə düzənliklərə, dağ silsilələrinə, kraterlərə, dağlara, kanyonlara və qum təpələrinə aparır. Bundan başqa, pulsuz “Google Earth Pro” əlavəsi Qırmızı planet səthinin “3D” modelinə baxmağa imkan verəcək.

Nizam Nuriyev





Baxış sayı: 356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2019

18 04 2019

18/04/19
Bakının ali təhsil müəssisələrini əhatə edən 3 günlük startap müsabiqəsi keçirilir

Bu gündən etibarən "İdeyadan Biznesə" layihəsi çərçivəsində Bakının ali təhsil müəssisələrini əhatə ed

18/04/19
“BTR” MMC “Evədək optika” layihəsinin ikinci mərhələsinə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC ("Baktelecom") paytaxt 

18/04/19
“Google” servislərinin fəaliyyətində problemlər yaranıb

Əksər ölkələrin sakinləri aprelin 18-nə keçən gecə “Google” axtarış sisteminin və “Gmail” elektron poç

18/04/19
“WhatsApp” messencerində animasiyalı stikerlər əlçatan olacaq

Populyar messencerin tərtibatçıları animasiya sayəsində stikerlərin cari funksionalını yaxşılaşdırmağa

18/04/19
Premium sinifli ən populyar smartfonlar açıqlanıb

“Counterpoint Research” analitik şirkəti 2018-ci ildə dünya bahalı smartfonlar bazarı seqmentində vəziyy

18/04/19
“Microsoft” korporasiyası 85 düymlük "divar planşeti"ni təqdim edib

“Microsoft” şirkəti ofis əməkdaşları üçün nəzərdə tutulmuş böyükölçülü “Surfa

18/04/19
Yer ölçüsündə ekzoplanet aşkarlanıb

Yeni ekzoplanetlərin axtarışı üzrə ötən il missiyaya başlayan “TESS” kosmik aparatı Yer kürəsinə bənzər

18/04/19
“Internet Explorer”də aşkar edilmiş boşluq ondan istifadə etməyənlər üçün də təhlükəlidir

İnformasiya təhlükəsizliyi sahəsi üzrə tədqiqatçı Con Peyc “Internet Explorer” brauzerindən istifadə et