12px13px15px17px
Tarix:07/11/18

“Samsung” şirkəti “8K” formatlı “QLED” televizorlarının istehsalına başlayır

“Samsung Electronics” şirkəti Rusiyada dünyada ilk “QLED Q900R 8K” televizorlarının istehsalına başlayır. Şirkətin Kaluqa vilayətində yerləşən zavodu yerli bazar üçün 75 və 85 düym diaqonallı modellər istehsal edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, yeni modellər üçün ilkin sifarişlərin qəbulu noyabrın 20-dək “Samsung” şirkətinin rəsmi saytında aparılır. Televizorların noyabrın sonunda satışa çıxarılması nəzərdə tutulur. 75 düymlük modelin təxmini qiyməti 10600 dollar, 85 düymlüyün isə 22730 dollar təşkil edəcək.

Məlumata görə, televizorlar süni intellekt vasitəsilə videonun təsvir ölçüsünü “8K” formatınadək genişləndirməyə imkan verən “8K AI Upscaling” funksiyası ilə təchiz edilib. “8К” keyfiyyətinin təmini üçün “Samsung Q900R” televizorlarında təsviri 4 min kd/m2 işıq parlaqlığında göstərməyə imkan verən “Real 8K Resolution” texnologiyasından istifadə olunur.

Bildirilir ki, ekranda piksellərin sayı “4K UHD” formatlı televizorları 4 dəfə, “Full HD” standartlı modelləri isə 16 dəfə üstələyir. Dinamik metaməlumatları dəstəkləyən “HDR 10+” standartından istifadə edən “Q HDR 8K” funksiyası parlaqlıq səviyyəsini optimallaşdırmağa və rəngötürməni yaxşılaşdırmağa imkan verir.  

Bundan başqa, “Ambient Mode” rejimi ekranda televizora baxılmayan zaman havanı, xəbərləri, təsvirləri, fotoşəkilləri və ya kollajları nümayiş etdirməyə şərait yaradır.

Qeyd edək ki, “QLED” Cənubi Koreyanın “Samsung” şirkətinin əvvəllər “Quantum Dot” adlanan televizor istehsal xəttinin adıdır. Bu abreviatura “OLED” - üzvi işıq diodları texnologiyasına uyğun yaradılıb.

Nizam Nuriyev





Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2019

19/04/19
Avstraliyada depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlayıblar

Yeni Cənubi Uels Universitetinin (UNSW) alim və mühəndisləri tərəfindən əhval-ruhiyyəni yaxşılaşdırmağa

19/04/19
“Samsung Galaxy A60” smartfonu təqdim edilib

“Samsung” şirkəti Çində orta sinifli “Galaxy A60” smartfonunun təqdimatını keçirib.

19/04/19
“NETTY 2019” müsabiqəsinə start verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də dəstək verdiyi “NETTY 2019” milli internet 

19/04/19
Yeni “iPhone” smartfonunun xüsusiyyətləri məlum olub

“Cult of Mac” portalı çinli analitik Mini Çji Kuoya istinadən cari ilin ikinci yarısında satışa çıxarılm

19/04/19
Milyonlarla “Instagram” istifadəçisinin parolu şifrlənməmiş şəkildə saxlanılıb

“Instagram” xidmətinin bir neçə milyon istifadəçisinin hesab parolu şifrlənməmiş şəkildə saxlanılıb. “F

18 04 2019

18/04/19
Bakının ali təhsil müəssisələrini əhatə edən 3 günlük startap müsabiqəsi keçirilir

Bu gündən etibarən "İdeyadan Biznesə" layihəsi çərçivəsində Bakının ali təhsil müəssisələrini əhatə ed

18/04/19
“BTR” MMC “Evədək optika” layihəsinin ikinci mərhələsinə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC ("Baktelecom") paytaxt 

18/04/19
“Google” servislərinin fəaliyyətində problemlər yaranıb

Əksər ölkələrin sakinləri aprelin 18-nə keçən gecə “Google” axtarış sisteminin və “Gmail” elektron poç

18/04/19
“WhatsApp” messencerində animasiyalı stikerlər əlçatan olacaq

Populyar messencerin tərtibatçıları animasiya sayəsində stikerlərin cari funksionalını yaxşılaşdırmağa

18/04/19
Premium sinifli ən populyar smartfonlar açıqlanıb

“Counterpoint Research” analitik şirkəti 2018-ci ildə dünya bahalı smartfonlar bazarı seqmentində vəziyy

18/04/19
“Microsoft” korporasiyası 85 düymlük "divar planşeti"ni təqdim edib

“Microsoft” şirkəti ofis əməkdaşları üçün nəzərdə tutulmuş böyükölçülü “Surfa

18/04/19
Yer ölçüsündə ekzoplanet aşkarlanıb

Yeni ekzoplanetlərin axtarışı üzrə ötən il missiyaya başlayan “TESS” kosmik aparatı Yer kürəsinə bənzər

18/04/19
“Internet Explorer”də aşkar edilmiş boşluq ondan istifadə etməyənlər üçün də təhlükəlidir

İnformasiya təhlükəsizliyi sahəsi üzrə tədqiqatçı Con Peyc “Internet Explorer” brauzerindən istifadə et