12px13px15px17px
Tarix:04/12/18

“Skype” proqramında videozənglərdə subtitrlər əlçatan olacaq

“Skype” internet telefoniya xidmətində danışığı mətnə çevirən "canlı subtitrlər" funksiyası əlçatan olub. Sözügedən funksiya hər şeydən əvvəl səsli və videozənglər zamanı sözləri başa düşməkdə çətinlik çəkən kar və zəif eşidən insanların həyatını asanlaşdırmaq üçün nəzərdə tutulub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni funksiya hər il dekabrın 3-də qeyd olunan Beynəlxalq Əlillər Gününə həsr olunub.
 
Yeni funksiya “Android’ (6.0+), “iPhone”, “iPad”, “Linux”, “Mac”, “Windows” sistemlərinin idarəetməsi altında işləyən qurğularda quraşdırılmış “Skype” proqramının 8 və daha yuxarı versiyalarında, həmçinin “Skype for Windows 10” (14 versiyası) əlçatandır. 2019-cu ilin əvvəlində  "canlı subtitrlər" funksiyası “PowerPoint”də də dəstəklənəcək.
 
Emil Hüseynov





Baxış sayı: 162

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Fevral 2019

18/02/19
Honkonqda “ağıllı” həbsxanalar hazırlanır

Honkonq İslah Xidməti İdarəsi “ağıllı” həbsxanalar hazırlamaq niyyətini elan edib. Belə həbsxanalarda 

18/02/19
2013-cü ilin birinci rübündə noutbuk bazarında 13%-lik azalma proqnozlaşdırılır

2019-cu ilin birinci rübündə qlobal noutbuk bazarının həcmi ötən rüblə müqayisədə yalnız 12,9% azalacaq

18/02/19
Çin 2,6 milyon nəfəri izləyir

“HKO GDI Foundation” qeyri-kommersiya təşkilatının kibertəhlükəsizlik üzrə eksperti Viktor Qevers 

18/02/19
“Nvidia” neyron şəbəkəsi həqiqi insan sifəti yaratmağı öyrənib

“Nvidia” şirkəti ötən həftə neyron şəbəkəsinin köməyilə yeni şəkillər yaratmağa imkan verən “StyleGAN

17 02 2019