12px13px15px17px
Tarix:08/12/18

“ICANN”: “Şifrləmə açarları dəyişdirildikdən sonra bəzi internet provayderləri yenilənməni davam etdirir”

İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən "Internet Corporation for Assigned Names and Numbers" (ICANN) qeyri-kommersiya təşkilatı "DNS" özək zonası üçün kriptoqrafiya açarının yeniləməsi ilə bağlı yeni açıqlama yayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, məlumata görə, açarın dəyişdirilməsi proqnozlara uyğun ciddi nasazlıqlar yaranmadan həyata keçirilib. "ICANN" nümayəndələri prosesin uğurla başa çatmasını izah edə bilmirlər. Onların sözlərinə görə, bu, dəyişdirilmə ilə bağlı məlumatın kifayət qədər olmaması ilə əlaqədardır. Lakin bir sıra serverlərin hələ də açarları uyğunlaşdırıb qoşula bilməməsi və avtomatik təkrar sorğu göndərməsi ilə bağlı müəyyən şübhələr var.

Bildirilir ki, oktyabrın 11-də "ICANN" tərəfindən tarixdə ilk dəfə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib.

2010-cu ildə yaradılan kriptoqrafiya açarları təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarların hər 5 ildən bir dəyişdirilməli olmasına baxmayaraq 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazırlıqsızlığı səbəbindən bu proses bir neçə dəfə təxirə salınıb.

Qeyd edək ki, sentyabrda "ICANN" təşkilatının rəhbərliyi Belçikada keçirilən müzakirələrdə "DNS" özək zonası üçün kriptoqrafiya açarının dəyişdirilməsi ilə bağlı planı təsdiq edib. 

Nizam Nuriyev





Baxış sayı: 402

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2019

20 02 2019

20/02/19
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir

İsveçrənin Cenevrə şəhərində “Ümumdünya Radiorabitə Konfransı”na (ÜRK) hazırlıqlar çərçivəsində 

20/02/19
Qabaqcıl “Xiaomi Mi 9” smartfonu rəsmən təqdim edilib

“Xiaomi” şirkəti bu gün “Xiaomi Mi 9” qabaqcıl smartfonunu təqdim edib.

20/02/19
“Azərmarka” MMC Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edir

Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Uşaqların 

20/02/19
Marsa pilotlu uçuş 2030-cu illərin ortalarında baş tuta bilər

Marsa pilotlu ekspedisiya 2030-cu illərin ortalarında həyata keçirilə bilər. Bunadək isə belə uçuş 

20/02/19
Dünyada kibertəhlükəsizlik sahəsinə xərclər ildə 10,6% yüksələcək

“Frost & Sullivan” konsaltinq şirkəti informasiya təhlükəsizliyi bazarı üzrə öz proqnozunu tərtib edib

20/02/19
“Android”in yeni versiyasında "Geriyə" düyməsi ləğv edilə bilər

“Android” əməliyyat sisteminin yenilənmiş versiyasında, ehtimal ki, "Geriyə" düyməsi ləğv ediləcək

20/02/19
“Ericsson”: “Avropa “5G” şəbəkəsinin inkişafında geri qalır”

İsveçin “Ericsson” şirkətinin rəhbəri Berye Ekholm “Financial Times” qəzetinə müsahibədə Avropanın 

20/02/19
Bu il üçün telekommunikasiya sahəsi üzrə proqnoz dərc edilib

Biznes proseslərinin optimallaşdırılması və iritutumlu məlumatların (Big Data) emalı üçün dünyanın 

20/02/19
Dünyada ilk dəfə bu ölkədə “5G” şəbəkəsindən kommersiya məqsədləri üçün istifadə ediləcək

İlk dəfə Cənubi Koreyada “5G” şəbəkəsindən kommersiya məqsədləri üçün istifadə ediləcək. Bu haqda 

20/02/19
“Skype” istifadəçiləri problemlərlə üzləşiblər

Bir sıra ölkələrdə “Skype” messencerinin fəaliyyətində nasazlıqlar yaranıb. Bu barədə populyar